“Azərdəmiryolbank” ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) $5 mln. məbləğində kredit xəttini alacaq. Bu barədə bankın məlumatında İdarə Heyəti sədrinin müavini Yusif Cabbarova istinadən məlumat verilir.
Qeyd olunur ki, “Azərdəmiryolbank” və İFC müvafiq kredit sazişi bağlayıblar. Razılaşmaya əsasən, maliyyələşdirilən əməliyyatların həcminə məhdudiyyət qoyulmayacaq və ticarət əməliyyatları dünyanın istənilən ölkəsi ilə aparıla bilər.
“Azərdəmiryolbank” və IFC 1998-ci ildən əməkdaşlıq edir. Hazırda bu əməkdaşlıq bir neçə istiqamətdə inkişaf edir. Bank və IFC 2008-ci ilin avqustunda bank tərəfindən ipoteka kreditlərinin verilməsi üçün $5 mln. məbləğində kredut haqqında saziş imzalayıblar. Bundan əlavə, bu ilin birinci rübünün sonlarına kimi mikrokreditlərin verilməsi üçün İFC ilə $5 mln. məbləğində daha bir uzunmüddətli sazişin imzalanması gözlənilir”,-deyə məlumatda bildirilir.
Azərdəmiryolbank” ASC 1989-cu ildə təsis edilib. Respublikanın ən iri özəl banklarından biridir. Bankın səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiyanın maliyyə inkişaf şirkəti (10%) var.
“Azərdəmiryolbank” 2007-ci ilin I yarısının yekunları üzrə “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 436-cı və Azərbaycan bankları arasında 9-ci yeri tutub.
Azərbaycan 1995-ci ildən İFC-in üzvüdür. Əməkdaşlıq dövründə kooperasiya Azərbaycanda 40 layihənin maliyyələşdirilməsinə $300 mln. ayırıb və $104 mln. məbləğində sindikatlaşdırılmış kreditləşməni təmin edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət