Postsovet ölkələrində əhalinin bank sisteminə inamı yüksək deyil. Bu barədə “Unibank”ın Müşahidə Şurasının müstəqil üzvü Ernst Velteke bəyan edib.
E.Vilteke həmçinin Rusiya, İsveçrə və Anqola banklarında Müşahidə Şurasının müstəqil üzvüdür.
"Dünya maliyyə böhranının Azərbaycandakı banklara təsiri güclü olmayıb. Azərbaycan əksər neft ölkələri kimi əsasən tələbatın azalması ilə əlaqədar olaraq neftin dünya qiymətlərinin ucuzlaşmasından zərər çəkib. Azərbaycan Milli Bankı böhran şəraitində ondan tələb olunanı edib. Yəni, inflyasının qarşısının alınması və azaldılması, həmçinin yerli maliyyə sisteminin dəstəklənəməsi üçün tədbirlər görüb”,- deyə E. Velteke cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycandakı banklar dünya böhranının mənfi təsirini aradan qaldırmaq üçün likvidlik göstəricisini yaxşılaşdırmalıdırlar. "Bunun üçün yaxşı və ağıllı addım əmanətçilərin sayının artırılmasıdır. Nəticədə depozitlərin həcmi də artacaq və əhalinin bank sisteminə inamı güclənəcək. Lakin, bütövlükdə, postsovet ölkələrində əhalinin bank sisteminə inam səviyyəsi yüksək deyil”,- deyə o qeyd edib.
E.Velteke Azərbaycan hökumətinin real sektorun kreditləşməsini təmin etmək məqsədilə ölkədəki banklara Dövlət Neft Fondundan (ARDNF) vəsaitlər ayırmaq planları ilə bağlı fikrini söyləyib. "İnkişaf etməkdə olan ölkələrdə və postsovet dövlətlərində bank sistemindəki səhmdar kapitalı yüksək deyil. Ona görə ARDNF-in vəsaitlərindən istifadə düzgün addımdır. Digər tərəfdən banklar nəzərə almalıdırlar ki, onlar bu yolla dövlətin təsiri altına düşürlər və onun siyasətini nəzərə almalı olacaqlar. Ona görə banklar bu məsələdə ehtiyatlı olmalıdırlar”,- deyə o vurğulayıb.
“Unibank”2002-ci ilin oktyabrında yaradılıb. Bankın nizamnamə kapitalı 15 mln. manat təşkil edir. Bunun 76,43%-i fiziki şəxslərə,0,07%-i hüquqi şəxslərə, 15,15%-i AYİB-ə və 8,33%-i “DEG” Almaniya İnvestisiya Korporasiyasına məxsusdur.
“Unibank”2007-ci ilin yekunları üzrə “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərin həcminə görə MDB bankları arasında 250-ci, Azərbaycan bankları arasında 3-cü yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət