Naxçıvanın tarixi coğrafiyası dərindən öyrənilməli və araşdırılmalıdır. Bu barədə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan şöbəsinin 2008-ci ilin yekunlarına həsr olunmuş ümumi iclasında bildirib.
“Azərbaycan elmi ümummilli liderimiz Heydər Əliyevin sayəsində inkişaf edib və indiki səviyyəyə çatıb”,-deyə V.Talıbov öz çıxışında vurğulayıb. O, AMEA Rəyasət Heyətinin iştirakı ilə keçirilən Naxçıvan şöbəsinin hesabat iclasını Azərbaycanın elm sahəsində mühüm hadisə kimi qiymətləndirib.
V.Talıbovun fikrincə, ümummilli lider tərəfindən qəbul edilən mühüm qərarlardan biri 2002-ci ilin avqustunda AMEA Naxçıvan şöbəsinin yaradılması haqda qərardır.
“Akademiyanın Naxçıvan şöbəsi fəaliyyətə başladığı vaxtdan ümummilli liderin göstərişlərinin icrasına dair bəzi işlər görülüb, elmi-tədqiqat işləri aparılıb. Bu işlərin əksəriyyəti problemli məsələlərə həsr edilib ki, bu da şöbənin əməkdaşlarının elmdə öz yolunu tutmaq, Azərbaycan elminə layiqli töhfəsini vermək cəhdləridir”,-deyə Naxçıvan MR rəhbəri bildirib.
O qeyd edib ki, əsası H.Əliyev tərəfindən qoyulan elmə siyasi qayğını bu gün ölkə prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Dövlət başçısının göstərişləri əsasında AMEA Naxçıvan şöbəsi Rəyasət Heyəti və onun elmi-tədqiqat institutları üçün binalar tikilib, ən müasir şərait yaradılıb.
Naxçıvan MR başçısı şöbənin əməkdaşlarının qarşısında duran vəzifələri də açıqalyıb. Onun sözlərinə görə, şöbənin daha məhsuldar işi üçün yeni elmi istiqamətlər müəyyən edilməli, elmi tədqiqatlar fasiləsiz və sistemli xarakter daşımalı, fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə diqqət yetirilməli, MR-in elmi-texniki potensialı qorunmalı və inkişaf edirilməli, MR-in sosial-iqtisadi inkişafı elmin inkişafı ilə əlaqələndirilməli, təbii və mənəvi sərvətlər, xalq yaradıcılığı, etnoqrafik mühit daha dərindən araşdırılmalı, perspektivli gənc kadrlar elmi tədqiqatlara cəlb olunmalıdır.
“Mühüm sahələrdən biri bizim keçmiş və müasir tariximizin öyrənilməsi, xalqın pasportu sayılan abidələrin tədqiqi və qorunmasıdır. Bu sahədə daha çox işlər görülməli, bizim tarixi coğrafiyamız daha dərindən öyrənilməli və araşdırılmalıdır”,-deyə V.Talıbov vurğulayıb.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun fikrincə, Naxçıvan MR-də bütün sahələrin, o cümlədən elmin inkişafına böyük diqqət və qayğı göstərilir. O qeyd edib ki, Naxçıvan şöbəsinin əldə etdiyi uğurlar, mühüm elmi nəticələr Naxçıvanın dinamik sosial-iqtisadi və mədəni-mənəvi inkişafının məntiqi nəticəsidir. M.Kərimov bildirib ki, hesabat ilində AMEA Naxçıvan şöbəsi ilə beynəlalq əlaqələr xeyli genişləndirilib, bir sıra xarici müəssisələrlə elmi əməkdaşlıq haqqında protokollar imzalanıb, naxçıvanlı alımlər xaricdə keçirilmiş çoxsaylı beynəlxalq konfrans və simpoziumlarda iştirak edib, o cümlədən Naxçıvan şöbəsi tərəfindən xarici alımlərin iştirakı ilə bəzi elmi forumlar keçirilib.
İclasda hesabat məruzəsi ilə çıxış edən AMEA Naxçıvan şöbəsinin rəhbəri İsmayıl Hacıyev deyib ki, ötən il şöbənin 6 elmi-tədqiqat institutunda 6 problem və 6 elmi istiqamət üzrə 35 elmi iş yerinə yetirilib, 13 mühüm elmi nəticə əldə olunub.
İclasda AMEA Naxçıvan şöbəsinin 2008-ci ildə fəaliyyəti Naxçıvan MR Ali Məclisinin sədri və AMEA Rəyasət Heyəti tərəfindən qənaətbəxş sayılıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət