Güclü qasırğa Daşkəsən və Lənkəran rayonlarına ciddi ziyan vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Ötən bazar ertəsi əsən güclü külək üzündən hazırda 24 yaşayış məntəqəsi işıqsız qalıb, kəndlərlə telefon rabitəsi kəsilib”,-deyə Daşkəsən rayon İcra Hakimiyyətinin şöbə müdiri Malik Ələsgərov bildirib.
Son məlumatlara görə, 25 yaşayış məntəqəsində, o cümlədən Daşkəsən şəhərinin özündə 25 elektrik dirəyi aşıb, elektrik naqilləri sıradan çıxıb. “1000 evin və sosial təyinatlı binanın damı tamamilə dağılıb”,-deyə M.Ələsgərov vurğulayıb.
Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası güclü külək nəticəsində dəyən zərərin həcmini müəyyən edir.
“İnterfaks-Azərbaycan” agentliyinin Lənkərandakı regional bürosu isə bildirib ki, güclü külək nəticəsində transformator və elektrik ötürücü xətlərində qəza baş verib. “Şiddətli külək nəticəsində Lənkəran rayonuna elektrik enerjisinin verilməsi kəsilib”,-deyə agentliyin müxbiri bildirib. Onun sözlərinə görə, güclü külək nəticəsində elektrik dirəkləri aşıb, ağacların budaqları elektrik ötürücüsü xətlərinə ziyan vurub, həmçinin evlərin, inzibati və ictimai binaların damları ucub.
Çərşənbə axşamı səhər Lənkəranın yalnız bir neçə məntəqəsinə elektrik enerjisinin verilməsi bərpa edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət