Sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaqdan ötrü Maliyyə Nazirliyinin attestasiyasından 21 fiziki şəxs keçib. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən bildiriblər.
"Maliyyə Nazirliyi martın 16-17-də sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya istəyən şəxslər üçün imtahan keçirib. İmtahanlarda 77 nəfər iştirak edib. 21 nəfər 100 sualdan 70-dən çoxuna cavab verib ki, onlar da attestasiyadan keçib və sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaq hüququ əldə ediblər,” – deyə məlumatda bildirilir. Beləliklə, 2009-cu ilin fevral-mart aylarında sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya alınması üzrə imtahanlardan 114 fiziki şəxs keçib ki, onlardan 12-si artıq müvafiq lisenziya alıb. İmtahanlar “Sığorta təşkilatlarında rəhbər vəzifələrə namizədlər və sığorta sahəsində vasitəçilik fəaliyyəti üçün lisenziya almaqda maraqlı olan fiziki şəxslər üçün qaydalara” uyğun həyata keçirilib.
“Sığorta fəaliyyəti haqda” qanunun 83.2.2-ci maddəsinə əsasən sığorta agentlərinin fəaliyyətinə lisenziya verilməlidir. Bununla yanaşı, 2009-cu ilin mart ayının 15-dən etibarən agent fəaliyyətini yalnız lisenziyası olan fiziki şəxslər həyata keçirə biləcəklər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət