“Azfinansbank” 2011-ci ilədək nizamnamə kapitalını 5-10 dəfə artıraraq 50-100 mln. manata çatdırmağı planlaşdırır. Bu barədə bankın Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlı cümə axşamı jurnalistlərə məlumat verib.
“Hazırda bankın nizamnamə kapitalı 10 mln. manata bərabərdir. Lakin strategiyaya görə, yaxın 2 il ərzində bank nizamnamə kapitalını fəal şəkildə genişləndirməlidir. İlkin hesablamalara görə, 2011-ci ilədək nizamnamə kapitalı bankın fəaliyyət variantlarından asılı olaraq 50-100 mln. manata çata bilər”,-deyə X.Məmmədxanlı bildirib.
Onun sözlərinə görə, bank cari il üçün əsas vəzifələrini də müəyyən edib. 2010-cu ilədək bankın aktivləri 100 mln.-a yaxın səviyyədə olmalı, depozit portfeli 50 mln. manata çatmalıdır.
“Kreditləşmə sahəsində ilkin mərhələdə biz kiçik və orta biznesin, iri layihələrin, bizim korporativ müştərilərin kreditləşməsini həyata keçirəcəyik. Bu səbəbdən biz əvvəlcə pərakəndə kreditləşməni inkişaf etdirməyi planlaşdırmırıq. Perspektivdə pərakəndə kreditləşmə üçün ixtisaslaşdırılmış filial yaradıla bilər”,-deyə o vurğulayıb.
Azərbaycan Milli Bankı 2008-ci il noyabrın 28-də “Azfinansbank”a bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları bir hüquqi və iki fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət