ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Maliyyə Nazirliyi birgə maliyyələşdirmə üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir.
Maliyyə naziri Samir Şərifov və USAID-in Azərbaycan üzrə direktoru Skott Teylor dünən imzalanmış və 3 il müddətinə nəzərdə tutulan $45 mln. dəyərində sənəd üzrə iqtisadi islahatlar və inkişaf layihələrinin maliyyələşdirilməsi ilə bağlı öhdəliklər götürürlər.
Birgə maliyyələşdirmə üzrə qarşılıqlı anlaşma haqqında memoranduma görə, Azərbaycan hökuməti $20,7 mln., USAID isə $24,3 mln. məbləğində kömək edəcək. Bu kömək iqtisadi islahatlar və ticarət, investisiya, xərclərin maliyyələşdirilməsi, özəl sektorun rəqabəti və regionların sosial-iqtisadi inkişafı kimi sahələrdə inkişaf layihələrinə dəstək olacaq.
USAID bu birgə maliyyələşdirmə vasitəsilə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması, yeni iş yerlərinin açılması, özəl sektorun inkişafına təkan verəcək rəqabətli, şəffaf və işgüzar mühitin yaradılması səylərini dəstəkləyəcək. Bu səylər həmçinin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşları üçün zəruri olan makromaliyyə və strateji islahatlara da təkan verəcək. Bundan başqa regionların sosial-iqtisadi inkişafı proqramı regional səviyyədə sabit iqtisadi diversifikasiyanın təmin olunmasına və yoxsulluğun aradan qaldırılmasına kömək edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət