Azərbaycan prezidenti yanında QHT-lərə Dəstək Şurası dövlət büdcəsindən QHT-ə ayrılan qrantların paylanmasında şəffaflıq və obyektivlik prinsiplərinə riayət edir. Bu barədə təşkilatın rəhbəri Azay Quliyev bəyan edib.
«Hamı bilir ki, ölkədə QHT sahəsində prezident yanında QHT-lərə Dəstək Şurasından daha şəffaf təşkiilat yoxdur», - deyə A.Quliyev Bakıda cümə axşamı baş tutan dövlət büdcəsindən qrantların paylanmasının yekunlarına həsr olunan debatlar zamanı bildiirb.
«Dövlət Dəstəyi üzrə Şuranın etdiyi kimi öz qərarını müzakirə etməyə, şikayətlərə bu cür baxış sisteminə malik hansısa bir donoru təqdim etmək mümkündürmü», - deyə A.Quliyev sualla müraciət edib.
Bununla yanaşı, A.Quliyev qeyd edib ki, Dövlət Dəstəyi üzrə Şuranın qərarı ideal olmağa iddialı deyil, belə ki, qərarların qəbulunda ekspertlər öz subyektiv firiləri ilə iştirak edirlər. «Qrantların raylanmasının yekunlarıilə bağlı narazılıq normal haldır. Çünki kimsə qrant alır, kimsə almır. Biz istənilən əsaslandırılmış tənqidi qəbul etməyə, hətta obyektiv tənqidlə çıxış edən QHT-nin Şuranın işinə fəal şəkildə qoşulmasına hazırıq. Lakin bizim ünvanımıza şantaj və böhtan yolverilməzdir», - deyə Azərbaycan prezidenti yanında QHT-lərə Dəstək Şurasının rəhbəri bildirib.
Öz növbəsində onun opponenti, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli şuranın işində lazımi şəffaflığın olmamasından danışıb. «Bir çox sahələrdə şuranın işində kifayət qədər şəffaflıq yoxdur. Bəyan edildiyi ki, layihələr qrant alarkən üç mərhələdən keçirlər. Lakin ictimaiyyətə bu mərhələlər çərçivəsində ayrı-ayrılıqda həyata keçirilən işlər barədə kifayət qədər informasiya verilmir», -deyə o qeyd edib.
Y.Məmmədli qeyd edib ki, qrantların raylanmasının nəticələrindən narazılığın çoxluğu qrantların alınması üçün iddiaçıların sayının çox olması ilə qətiyyən bağlı deyil. «Ötən il birinci mücabiqədə yol verilən səhvləri necə təkrar etmək olar. Lakin bizi düşmən kimi qəbul etmək lazım deyil, biz düşmən deyilik. Biz yalnız şuranın fəaliyyətinin yaxşı olmasını istəyirik»,-deyə Y.Məmmədli bildirib.
Y.Məmmədli ayrılmış qrantlar üzrə layihələrin redallaşdırılmasının konkret müddətlə məhdudlaşdırılmasından narazılığını ifadə edərək bir sıra layihələrin reallaşdırılmaq üçün daha çox vaxt tələb etdiyini qeyd edib.
A.Quliyev bildirib ki, ayrı-ayrı QHT layihələrinə vəsaitlər layihələrin aktuallığına görə və fondun imlkanları nəzərə alınmaqla ayrılır. «Əgər fondumuz böyüyərsə, o zaman ayrı-ayrı qruplara iri qrantlar tələb edən layihələr ayrılması mümkündür. Bu gün biz nəqd vəsaitlər çərçivəsində ən layiqli ideyaları əhatə etməyə çalışırıq»,-deyə A.Quliyev bildirib.
Azərbaycan prezidenti yanında QHT-lərə Dəstək Şurası respublika prezidentini sərəncamı ilə yaradılıb. Şura haqqında Əsasnamə dövlət başçısının 2007-ci il 13 dekabr tarixli əmrilə təsdiqlənib. Prezident 2008-ci il 17 aprel tarixli sərəncamı ilə şuranın üçü dövlət orqanından, səkkizi qeyri-hökumət təşkilatından olan bütün 11 üzvünü təyin edib. 2008-ci il aprelin 21-də isə Şuranın sədri Milli Məclisin sədri Azay Quliyev seçilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət