Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinin portfeli 2003-2008-ci illərdə $0,9 mln.-dan $208 mln.-dək artıb. Bu barədə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALSA) rəhbəri Elçin Əhmədov çərşənbə axşamı “Azərbaycanda lizinqin inkişafı” mövzusunda keçirilən “dəyirmi masa”da bildirib.
“Dəyirmi masa” Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və ALSA tərəfindən təşkil olunub.
“Hazırda Azərbaycanda 19 lizinq şirkəti fəaliyyət göstərir. Onlardan 8-i ALSA-nın üzvüdür. 2003-cü ildə lizinq şirkətlərinin portfeli $900 min, 2008-ci ildə $208 mln. təşkil edib”,-deyə E.Əhmədov bildirib.
“Dəyirmi masa”da çıxış edən İFC Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova qeyd edib ki, 2003-cü ildən IFC respublikanın lizinq şirkətlərinə $6 mln. məbləğində kredit verib. Həmin müddətdə daha $3 mln. isə texniki yardım kimi iqtisadi əlaqələr üzrə İsveçrə Baş Katibliyi (SECO) tərəfindən verilib.
“Biz Azərbaycanda lizinq sektorunun inkişafına təkan verməyə çalışırıq, bu məqsədlə təkliflər və tövsiyyələr hazırlayırıq. Fəaliyyətimizin əsas istiqamətlərindən biri lizinq sahəsində qanunvericiliyin təkmilləşdirilməsinin dəstəklənməsidir”,-deyə o vurğulayıb.
A.Əzimova deyib ki, İFC Azərbaycanda lizinqin dəstəklənməsi üçün bir layihə həyata keçirib və hazırda lizinq sektorunun potensialının artırılmasına yönələn digər layihənin reallaşması olanlaşdırılır.“Dəyirmi masa” iştirakçıları lizinq şirkətlərində mövcud problemlərin aradan qaldırılması və rəqabət qabiliyyətinin artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər. Bundan əlavə, lizinq şirkətləri üçün xüsusi ehtiyat fondlarının yaradılmasının, lizinq şirkətlərinin nizamnamə kapitalına minimal tələblərin müəyyən olunmasının, ALSA-nın fəaliyyətinin canlandırılmasının vacibliyi qeyd olunub.
ALSA 2004-cü ildə təsis edilib. Hazırda quruma 8 lizinq şirkəti daxildir. Digər iki şirkət isə müşahidəçi statusuna malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət