Bakı Biznes Təlim Mərkəzi (BBTM) və Sahibkarlığa Kömək Milli Fondu (SKMF) çərşənbə axşamı Göyçayda sahibkarlar üçün SKMF-in fəaliyyəti haqda məlumatlandırma üzrə treninq keçiriblər. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyiılir.
Treninqlərin keçirilməsinin əsas məqsədi layihələrin düzgün hazırlanması və onların SKMF-da qiymətləndirilməsi qaydaları barədə sahibkarları məlumatlandırmaqdır.
“Treninqlərdə Ağsu, Kürdəmir, Zərdab, Ucar, Ağdaş, İsmayıllı və Göyçay rayonlarından olan və ASK, sənaye, xidmət, turizm və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib. Treninqlərdə sahibkarlar biznes ideyasını necə formalaşdırmaq, biznes-planı necə yaratmaq, SKMF-dən güzəştli kreditlər almaq üçün necə ərizə vermək lazım olduğu haqda ətraflı məlumat alıblar”, - deyə məlumatda vurğulanır.
Məlumatda qeyd olunur ki, sahibkarlar regional treninqlərə böyük maraq göstərir və bu səbəbdən onların keçirilməsi davam etdiriləcək. Xüsusilə 2009-cu ilin martından bu cür treninqlər Lənkəran, Şəki, Sumqayıt və Horadizdə keçirilib və treninqlərdə 250-ə yaxın sahibkar iştirak edib.
SKMF sərmayə layihələrinin qiymətləndirməsini 10 meyar üzrə həyata keçirir. Əsas meyarlar bunlardır: layihənin SKMF-nun prioritetlərinə cavab verməsi (20 bal), minimal tələblərə uyğunluğu (15 bal), mal istehsalında istifadə olunacaq texnologiya (15 bal), layihənin regional əhəmiyyəti (15 bal), istehsal olunan məhsulun ixrac perspektivlərinin olması (10 bal).
Layihənin iqtisadi səmərəliliyi, istehsal olunan məhsulun rəqabət qabiliyyəti, sahibkarın biznes tarixi, layihənin sosial sahəyə, ekologiyaya təsiri, eləcə də investisiya layihəsinin gerçəkləşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması kimi meyarlar 5 balla qiymətləndirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kredit verilməsi səlahiyyətli banklar və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir ki, onların da ümumi sayı 35-dir. 2008-ci ildə fond 797 layihənin həyata keçirilməsi üçün 87 mln. 806,2 min manat güzəştli kredit verib. 2009-cu ildə dövlət büdcəsindən SKMF-ə sahibkarların güzəştli kreditləşdirilməsi üçün 74 mln. manatın ayrılması nəzərdə tutulub. Bütövlükdə, fond əvvəllər verilmiş kreditlər üzrə qaytarılmalar nəzərə alınmaqla cari ildə 130 mln. manat məbləğində güzəştli kreditlər verməyi planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət