Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALSA) lizinqin inkişafına dair təkliflər hazırlayıb. Bu barədə Ataleasing ASC-nin idarə heyətinin sədri Yusif Müslümov çərşənbə axşamı “Azərbaycanda lizinqin inkişafı: cari vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa”da bəyan edib.
"Hazırda lizinq sahəsində qanunvericilik, vergi və lizinq şirkətlərinin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı müəyyən problemlər var", - deyə o bildirib.
ASC sədri qeyd edib ki, bu problermləri aradan qaldırmaq üçün təkliflər və tövsiyyələr hazırlanıb.
Xüsusilə bank və sığorta fəaliyyəti kimi lizinq fəaliyyətinin də bir xüsusi qanunla tənzimlənməsi (hazırda lizinq fəaliyyəti Mülki Məcəllə ilə tənzimlənir - İF), bu sahədə ƏDV üzrə ödəniş sisteminin tətbiq edilməsi, lizinqə alınmış avadanlığın sürətli amortizasiyasının tətbiqinə imkan verilməsi təklif olunur.
Bundan başqa ALSA hesab edir ki, kommersiya bankları lizinq fəaliyyəti ilə birbaşa məşğul olmamalıdır və lizinq şirkətlərinin fəaliyyətinə dövlət orqanları (Maliyyə Nazirliyi, Mərkəzi Bank) tərəfindən nəzarət edilməsini, maliyyə sektorunun digər istiqamətləri kimi lizinq fəaliyyətinin də lisenziyalaşdırılmasını təklif edir.
Bundan başqa Assosisasiyanın təklifləri lizinq şirkətlərinin açıq səhmdar cəmiyyətlər formasında fəaliyyət göstərməsini, nizamnamə kapitalına minimal tələbin (1 mln manat) müəyyən edilməsini nəzərdə tutur.
Y.Müslümov hesab edir ki, hökumət tərəfindən bu təkliflərin qəbulu regionlarda qeyri-neft sektorunun, kiçik və orta biznesin inkişafına şərait yaradacaq, yeni iş yerləri açılacaq, idxal olunan istehsal avadanlıqlarının keyfiyyəti aratacaq, istismarda olan köhnə avadanlığın yenilənməsi prosesi aktivləşəcək.
ALSA 2004-cü ildə təsis edilib və bura 8 lizinq şirkəti daxildir. Daha 2 şirkət müşahidəçi statusuna malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət