“Xalq sığorta” şirkəti nizamnamə kapitalını 16% artıraraq 17 mln. 114,8 min manata çatdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Nizamnamə kapitalının artırılması ötən illərin paylanmamış mənfəətinin hesabına həyata keçiriləcək. Kapitalın artırılması səhmlərin əlavə emissiyası olmadan həyata keçiriləcək və səhmlərin nominal dəyərinin artırılması hesabına aparılacaq. Əgər əvvəllər səhmlərin nominalı 2 manat təşkil edirdisə, hazırda 2,32 manat təşkil edir”,-deyə şirkətin nümayəndəsi bildirib.Onun sözlərinə görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu həftə bir səhmə görə 2,32 manat nominalında 7,39 mln. səhmin prospektini qeydə alıb.
“Xalq sığorta” Azərbaycanın sığorta bazarında 2006-cı ilin aprelindən fəaliyyət göstərir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir. Şirkət tədiyə yığımının həcmi üzrə 10 aparıcı sığorta şirkəti sırasına daxildir.
2008-ci ilin yekunları üzrə şirkətin vergidən öncəki mənfəəti 2 mln. 445 min 337,08 manat, təmiz mənfəəti 1 mln. 945 min manat təşkil edib. 2009-cu il yanvarın 1-i üçün şirkətin aktivləri 27 mln.172,7 min manat, öhdəlikləri 9 mln.945,6 min manat, məcmu kapitalı 17 mln.227,07 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət