Azərbaycan Hesablama Palatasının (AHP) sədri Heydər Əsədov dövlət büdcəsinin proqnozlaşdırılması və icrası sistemində müəyyən proseslərlə bağlı narahatlığını bildirib.
“2008-ci ildə dövlət büdcəsinin icrasının təhlili göstərib ki, hökumət effektiv büdcə-maliyyə, monetar siyasət həyata keçirib. Bu, dünya böhranının Azərbaycan iqtisadiyyatına ciddi təsirinin qarşısını almağa imkan verib. Eyni zamanda bizdə narahatlıq doğuran bəzi problemlər də var”,-deyə H.Əsədov çərşənbə günü İqtisadi siyasət komitəsinin iclasında “2008-ci il üçün dövlət büdcəsinin icrası haqqında” qanunun müzakirəsi zamanı bildirib.
O, bu narahatlıqlar sırasında 9 iri dövlət müəssisəsi tərəfindən dövlət büdcısinə vergi borclarının olmasını, bir sıra dövlət müəssisəsi və təşkilatda dövlət büdcəsinə divident ödənişləri ilə bağlı problemin qalması, qanunvericilikdə boşluqların, əsasən aksizlər üzrə boşluqların olmasını göstərib. “Bütün bunlar dövlət büdcəsinə daxilolmaların artırılması üçün vergi potensialının olmasından xəbər verir. Biz müvafiq nazirlik və idarələr üçün tövsiyyələr paketini hazırlayırıq”,-deyə H.Əsədov bildirib.
Onun sözlərinə görə, bəzi büdcə təşkilatları və idarələri tərəfindən büdcə vəsaitlərinin məqsədli istifadəsinə nəzarət məsələsi də palatada narahatlıq doğurur. “Büdcə təşkilatları dövlət büdcəsindən vəsaiti mümkün qədər daha tez almağa çalışırlar. Təhlil göstərir ki, 6 aydan sonra ayrılan vəsait istifadə olunmamış qalır. Bundan əlavə, dövlət büdcəsindən əlavə vəsait almaq cəhdləri bəzi təşkilatlar üçün xarakterik olaraq qalır. Halbuki, onlar əvvəllər ayrılan vəsaiti tam mənimsəməmiş olurlar. Bu proseslərə nəzarət etmək lazımdır”,-deyə o vurğulayıb.
H.Əsədov əlavə edib ki, dövlət büdcəsinin icrası haqqında hesabatı təhlil etmək üçün Hesablama Palatasına çox vaxt lazımdır. “Qanuna görə, “Dövlət büdcəsinin icrası haqqında” qanun Hesablama Palatasına sənəd rəsmən parlamentə təqdim olunduqdan sonra verilir. Lakin belə olan halda palatanın təhlil aparmaq üçün orta hesabla 5 gün vaxtı olur. Bu isə büdcə xərclərinin və ya büdcə gəlirlərinin ayrı-ayrı maddələrinin maliyyələşdirilməsi ilə bağlı bu və ya digər vəziyyətin səbəblərinin müəyyən olunması üçün kifayət qədər azdır”,-deyə palata sədri vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət