“Baki Sigorta” şirkətinin xalis mənfəəti 2008-ci ildə 690 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin auditor rəyilə təsdiqlənmiş maliyyə hesabatına görə, 2008-ci ildə şirkətin gəlirləri 3 mln. 439 min 119,54 manat təşkil edib. Sığorta tədiyələri 8 mln. 631,9 min manat, vəsaitlərin təkrar sığortaya verilməsindən komisyon haqlar 56,6 min manat, investisiya gəlirləri 411,3 min manat təşkil edib. 2008-ci ildə şirkətin xalis sığorta ehtiyatları 5 mln. 614,5 min manat azalıb ki, bu da gəlirlərin azalmasına gətirib çıxarıb. Hesabat dövründə qalan gəlirlər başqa maddələr üzrə əldə olunub.
Şirkətin xərcləri 2008-ci ildə 2 mln. 534 min 621,74 manat təşkil edib. O cümlədən sığorta ödənişlərinin həcmi 764,3 min manat, tədiyələr üzrə qaytarmalar 337,5 min manat sığorta işlərinin aparılması üzrə 903,5 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2008-ci ilin yekunlarına görə, şirkətin vergidən əvvəlki mənfəəti 904 min 497,8 manat, xalis mənfəəti 689 min 970,48 manat təşkil edib.
“Baki Sigorta” şirkəti 2008-ci ildə aktivlərini 4,46 dəfə artıraraq 9 mln. 456 min manata, öhdəliklər 5,5 dəfə artaraq 7 mln. 262,7 min manata, məcmu kapital 2,7 dəfə artaraq 2 mln. 193,3 min manata çatıb.
Bundan əlavə, 2008-ci ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 5,3 dəfə artaraq 3,937 mln. manat təşkil edib.
“Baki Sigorta” 2007-ci ilin avqustuna kimi “Tural sığorta” kimi fəaliyyət göstərib. 2007-ci ildə şirkət “Tural sığorta” şirkətinin alınması prosesini başa çatdırıb və bundan sonra adını “Baki Sigorta” qoyub. Şirkətin nizamnamə kapitalı 1,5 mln. manata bərabərdir. “Baki Sigorta”nın səhmdarları “Respublika” bankı (51%), 3 hüquqi şəxs (30%) və 1 fiziki şəxsdir (19%). Şirkət sığortanın 26 növü üzrə xidmət göstərmək hüququna malikdir. Şirkət tədiyə yığımının həcminə görə Azərbaycanın 10 aparıcı sığorta şirkəti sırasına daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət