Qanunvericiliyə dini etiqad azadlığının pozulmasına görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan düzəlişlər hüquqi qüvvəyə minib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyasından məlumat verilib.
“Parlament tərəfindən Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə edilən və dini etiqad azadlığının pozulmasına görə cəza tədbirlərini nəzərdə tutan düzəlişlər prezident İlham Əliyevin müfaviq fərmanı ilə hüquqi qüvvəyə minib”,-deyə bazar ertəsi Prezident Administrasiyasından bildirilib.
“Prezident öz fərmanında Nazirlər Kabinetinə tapşırıb ki, dini etiqad azadlığının pozulmasına görə tətbiq edilən cəza tədbirlərindən irəli gələrək qanunvericiliyə müvafiq düzəlişlərin olunmasına dair təkliflərini bir ay müddətində hazırlasın”,-deyə Prezident Administrasiyasından qeyd olunub.
Düzəlişlərə görə, hər hansı şəxsi bu və ya digər dini cərəyana etiqada, dini mərasimlərin keçirilməsinə və ibadətə, dini təhsil almağa məcbur etməyə görə 500 manatdan başlayaraq cərimə və ya 2 ilədək icbari işə cəlbetmə, ya da 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Vətəndaşı bu və ya digər dini təşkilata üzvlüyə məcbur etmə və ya onu dini təşkilatdan çıxmağa məcbur etməyə görə 500 manatadək məbləğində cərimə, 2 ilədək icbari işə cəlb olunma ya da 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əgər sözügedən qanun pozuntuları həddi-büluğa çatmayanlara qarşı törədilərsə, min manatdan 2 min manatadək cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Müvafiq icazə olmadan dini ibadət yerinin inşasına və yenidən qurulmasına, həmçinin dini təşkilat yaradılarkən bəyan etdiyi məqsədlərə zidd fəaliyyətə görə cərimənin məbləği müvafiq olaraq 10-15 manatdan 100-300 manata və 40-70 manatdan 200-500 manatadək artırılıb.
Dini ədəbiyyatın qanunsuz idxalı və ixravına, onun qanunsuz yayılmasına və satışına, həmçinin xaricilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz olaraq dini təbliğat aparmasına görə cərimənin məbləği Azərbaycan vətəndaşları üçün 200-dən 400 manatadək, vəzifəli şəxslər üçün 400-dən 600 manatadək, hüquqi şəxslər üçün 2 mindən 4 min manatadək, xaricilər və vətəndaşlığı olmayan şəxslər üçün 200-dən 400 manatadək təşkil edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət