Azərbaycan əhalisinin 29%-ni 18 yaşına çatmayan uşaqlar təşkil edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.“2008-ci ildə Azərbaycanda 152,1 min, 2009-cu ilin dörd ayında isə 48,4 min körpə dünyaya gəlib”,-deyə bazar ertəsi DSK-dan iyunun 1-də qeyd olunan Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə ölkənin demoqrafik vəziyyətinin öyrənilməsi üçün hazırlanmış göstəricilərə istinadən bildirilib.
Qeyd olunub ki, yeni doğulanların 53,4%-ni oğlanlar, 46,6%-ni qızlar təşkil edib. Hesablamalara görə, ötən il doğulan körpələrin gözlənilən ömür davamlılığı 72,6 il, o cümlədən oğlanlarda 69,9 il, qızlarda 75,4 il təşkil edir. Yeni doğulan oğlanlara ən çox Məhəmməd, Əli, Hüseyn, Murad və Nihad, qızlara isə Fatimə, Zəhra, Nərmin və Nuray adları qoyulub.
DSK qeyd edir ki, ötən il dövlət uşaqların sağlamlığına kifayət qədər böyük diqqət yetirib. Belə ki, 2009-cu ilin əvvəllərində Azərbaycanda 591 uşaq poliklinikası, müalicə müəssisələrində ambulator və uşaq şöbələri fəaliyyət göstərib. Burada 4,5 min həkim pediatr çalışıb.
Bundan əlavə, 2009-cu ilin əvvəllərində idman seksiyalarında 339 uşaq məşğul olub. “Uşaqlar ən çox idmanın futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstü tennis növlərinə maraq göstərirlər”,-deyə komitədən qeyd olunub.
Hazırda Azərbaycanda 1612 məktəbəqədər müəssisə, 4550 gündüz ümumtəhsil məktəbi, 108 peşə məktəbi və litsey, 60 orta-xüsusi təhsil müəssisəsi, 48 ali məktəb fəaliyyət göstərir.
Mədəniyyət və Turizm Nazirliyinin klub sistemində 3672 dərnək və kollektiv, 104 uşaq kitabxanası, 234 uşaq musiqi və bədii məktəb fəaliyyət göstərir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət