Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti finlandiyalı sahibkarlarla əməkdaşlıq qurmaq məqsədilə iyunun 10-13-də Helsinkiyə gedəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.
"Azərbaycanlı sahibkarların Helsinkiyə səfəri çərçivəsində Finlandiya-Azərbaycan biznes-forumu keçiriləcək", - deyə fondun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, həmçinin forum çərçivəsində azərbaycanlı sahibkarlar daha sıx əməkdaşlıq qurmaq üçün finlandiyalı iş adamları ilə ikitərəfli görüşlər keçirmək imkanına malik olacaqlar.
Forumun təşkilatçıları Azpromo və Finlandiyanın Xarici Ticarət Assosiasiyasıdır (Finpro).
Mənbə əlavə edib ki, Azpromo Latviya, Litva, Estoniya, Belarus, Avstriya, Yunanıstan, Çin, İsrail, Küveyt və başqa ölkələrin biznesmenləri ilə işgüzar əlaqələr qurmaqda azərbaycanlı sahibkarlara kömək etmək məqsədilə 2009-cu ilin yanvar-may aylarında 11 biznes-forum təşkil edib.
“Azpromo” 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. İlkin mərhələdə Fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşgul olub. 2005-ci ilin avqustunda onun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət