Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və “Turanbank” pilot proqramı çərçivəsində korporativ idarəetmə sahəsində əməkdaşlıq edəcəklər. Bu barədə İFC-nin məlumatında bildirilir.
Qeyd olunur ki, “Turanbank” korporativ idarəetmənin 2-ci mərhələsinə qoşulan ilk bankdır.
“Layihə daha sabit və davamlı fəaliyyətin təminatında yerli şirkətlərə yardım göstərilməsinə yönəlib. İFC bankın korporativ idarəetmənin tətbiqi ilə bağlı təcrübəsini qiymətləndirəcək və onun təkmilləşdirilməsinə, qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılmasına yardım göstərəcək”,-deyə məlumatda vurğulanır.
“Bankın bu layihədə iştirakı idarəetmənin bütün səviyyələri arasında effektiv əməkdaşlığın yaradılmasına imkan verəcək və bununla da bankın böhran və böhrandan sonrakı vəziyyətdə maliyyə bazarında adekvat reaksiyası üçün şərait yaradacaq”,-deyə məlumatda bankın İdarə Heyətinin sədri Nazim Sadıqova istinadən bildirilir.
Məlumatda qeyd olunur ki, IFC bank direktorları, menecer və baş səhmdarlar üçün məsləhətləşmələr və treninqlər keçirəcək. Bundan əlavə, İFC sənədlərin tərtibatı sisteminin təkmilləşdirilməsinə, maliyyə hesabatlılığına, məlumatın açılması sisteminin gücləndirilməsinə, daxili nəzarətin və daxili auditin funksiyasının yaxşılaşdırılmasına yardım göstərəcək.
“Azərbaycanda və digər ölkələrin pilot şirkətlərində aparılan işlərin təcrübəsi şirkət daxilində vəzifələrin bölünməsinin effektivliyini, əməliyyat məhsuldarlığının və bankın statusunun artırılmasını, korporativ böhranın azalmasını, kapital bazarına çıxışın genişləndirilməsini və kapital üzrə xərcərin azalmasını göstərir”,-deyə məlumatda İFC-nin korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə layihəsinin rəhbəri Kerolayn Brayta istinadən bildirilir.
“Turanbank” ASC fəaliyyətə 1992-ci ildə başlayıb. Bankın təsisçiləri 6 hüquqi və 20 fiziki şəxsdir.
“Turanbank” 2008-ci ilin yekunlarına dair “İnterfaks-İAM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 557-ci, Azərbaycan bankları arasında 21-ci yeri tutub.
Azərbaycan 1995-ci ildən IFC-in üzvüdür. Əməkdaşlıq dövründə korporasiya Azərbaycanda 40 layihənin maliyyələşdirilməsinə $300 mln. yönəldib və $104 mln. məbləğində sindikatlaşdırılmış kreditləşməni təmin edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət