Azərbaycan İpoteka Fondu (AİF) iyunun 18-dən sosial ipotekanın verilməsini bərpa edir. Bu barədə fondun məlumatında bildirilir.
“2009-cu ilin dövlət büdcəsində sosial ipotekanın verilməsi üçün 14 mln. manat nəzərdə tutulub. Maliyyə Nazirliyi bu məbləğdən bir hissəni (2 mln. manat –İF) AİF-in hesabına köçürüb. Bununla əlaqədar iyunun 18-dən sosial ipotekanın verilməsi bərpa edilir. Bunun əsasında sosial ipoteka almaq hüququna malik vətəndaşlar vəsaiti almaq üçün müvəkkil kredit təşkilatlarına müraciət edə bilər”,-deyə məlumatda qeyd olunur.
Sosial ipotekanın alınmasına şəhid ailələrinin üzvləri, Milli qəhrəmanlar, məcburi köçkünlər və onlara bərabər şəxslər, dövlət qulluğunda ən azı 3 il iş təcrübəsi olanlar, elmlər namizədləri və ya doktorluq elmi dərəcəsi olan şəxslər, idman sahəsində xüsusi xidmətləri olan şəxslər iddia edə bilər.
Bundan əlavə, sosial ipotekanın alınmasına Müdafiə, Milli Təhlükəsizlik nazirlikləri hərbi sistemində, DİN Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətində ən azı 3 il qulluq edən şəxslər iddia edə bilər.Sosial ipoteka 30 il müddətinə veriləcək. Kreditin maksimal həcmi 35 min manat təşkil edəcək, dərəcə illik 4%-dir.Xəbər verildiyi kimi, Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildə başlanılıb və 6 ay davam edib. Sonradan dövlət büdcəsindən maliyyələşdirmənin olmaması ilə əlaqədar dayandırılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət