Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Dünya Bankı əməkdaşlığın genişləndirilməsi üçün prioritetləri müəyyən ediblər. Bu barədə QKDK-nın məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, QKDK-nın sədri Rüfət Aslanlı DB-nin maliyyə və özəl sektor üzrə əlaqələndiricisi Maykl Edvardsın başçılıq etdiyi missiya ilə görüşüb.
"Görüşün yekunları üzrə birgə layihənin gerçəkləşdirilməsinə hazırlıq görülməsinə dair qərar qəbul edilib. Layihə Azərbaycanın qiymətli kağızlar bazarının vahid ticarət arxitekturasının yaradılmasına və avtomatlaşdırılmasına, QKDK-nın institusional potensialının gücləndirilməsinə yönəldiləcək", - deyə məlumatda vurğulanır.
Görüşdə R.Aslanlı DB-nin nümayəndə heyətinə Azərbaycanın qiymətli kağızlar bazarının, bazar infrastrukturunun inkişafı və bu prosesinin stumullaşdırılması, QKDK-nın qiymətli kağızlar bazarında tənzimləyici kimi funksiyalarının gücləndirilməsi üzrə həyata keçirilmiş işlər barədə məlumat verib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bankla əməkdaşlıq dövründə respublikaya 45 layihənin həyata keçirilməsi üçün $2 mlrd. 323,7 mln. məbləğində kredit ayrılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət