“Kapital bank” regional filiallarında yeni “Flexcube” bank sisteminə miqrasiya prosesini həyata keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Bankda yeni sistemə miqrasiya prosesi davam edir. İyunda Quba filialının miqrasiyası keçirilib. Yaxın həftə ərzində Gəncə, Yevlax və Lənkəran filiallarının miqrasiyası həyata keçiriləcək", - deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, iyunun ortalarından bank “Azercell” mobil rabitə operatorunun xidmətləri üzrə ödəniş xidmətini tətbiq edib. Bundan başqa prosesinqdə SMS moduluna, Mobile bankinqə qoşulmaq üçün “Azercell” şirkətindən SMPP və GPRS kanallarının alınması üzrə iş aparılır. Həmçinin qurğuların naqilsiz İnternet kanalı üzrə qoşulması həyata keçirilir ki, bu da öz növbəsində, bilinq kanallarının olduğu istənilən yerdə pos-terminallar və bankomatlar quraşdırmağa imkanı verəcək.
Xəbər verildiyi kimi, “Kapital bank” 2006-cı ildə I-Flex şirkəti ilə “Flexcube” bank əməliyyat sisteminin işlənməsi və tətbiqi haqqında müqavilə bağlayıb. Sistemin tətbiqinə 2007-ci ilin ortalarında başlanıb.
Müqaviləyə uyğun olaraq, bankda aşağıdakı modullar tətbiq olunur: CORE and Retail Banking: CORE (ICCF, CASA), Loans & Deposits, Enhanced MIS, Signature Verification, Electronic Messaging System, Payments and Collections, Funds Transfer, Branch, Utility Payments. Corporate Banking çərçivəsində - Foreign Exchange, Money Market, LCs and Guarantees, Bills and Collections, Nostro Reconciliation.
“Kapital bank” 2008-ci ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları renkinqində aktivlərinn həcminə görə MDB bankları arasında 166-cı, Azərbaycanın 46 bankı arasında 3-cü yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət