Azərbaycanda əhali üçün təbii qazın qiymətinin artırılması “Azəriqaz” QSC-yə ölkənin qazlaşdırılması prosesini başa çatdırmağa imkan verəcək. Bu barədə “Azəriqaz”ın iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Tofiq Allahverdiyev çərşənbə günü mətbuat konfransında məlumat verib.
Xəbər verildiyi kimi, Tarif Şurasının qərarı ilə 2009-cu il iyulun 1-dən Azərbaycanda əhali üçün təbii qazın qiyməti 2,1 dəfə – 1000 kubmetrə görə 100 manatadək artıb.
“Qazın qiymətinin artırılması məcburi tədbirdir, belə ki, əhali üçün qaza görə əvvəlki tarif - 42,7 manat (1 min kubmetrə görə - İF) maya dəyərindən xeyli aşağı idi. Maya dəyəri SOCAR-dan 42 manata aldığımız qazın dəyərindən formalaşır. Bu zaman 1000 kubmetrə görə ƏDV, 1000 kubmetrə görə 20-30 manat həcmində nəqliyyat xərclərimiz, həmçinin qaz təsərrüfatının saxlanması xərcləri nəzərə alınır”,-deyə T.Allahverdiyev bildirib.
O qeyd edib ki, 2009-2013-cü illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində “Azəriqaz”a ölkənin qalan regionlarının qazlaşdırılması vəzifəsi tapşırılıb ki, bu da xeyli investisiya tələb edir.
“Biz gözləyirik ki, qazın qiymətinin artırılması “Azəriqaz” QSC-yə xərcləri ödəməyə və bir qədər mənfəət əldə etməyə imkan verəcək ki, bu da dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yönəldiləcək”,-deyə o bildirib.
Onun sözlərinə görə, “Azəriqaz” QSC 2009-cu ildə SOCAR-dan 11 mlrd. kubmetr qaz alacaq. Bunun 5,5 mlrd. kubmetri elektrik stansiyalarının ehtiyacları üçün “Azərenerji” SC-yə veriləcək. Qalan 5,5 mlrd. kubmetrdən 345 mln.-u Naxçıvan Muxtar Respublikasının ehtiyaclarının təminatına yönələcək, 3,3 mlrd. kubmetr əhaliyə, 1,1 mlrd.-dan çox sənaye müəssisələrinə satılacaq, qalanı isə yeraltı qaz anbarlarına vurulacaq.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 85% təşkil edir. “Azəriqaz” QSC abunəçilərinin ümumi sayı 1,2 mln. nəfərdir. Onlardan 1,1 mln.-u əhali təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət