2009-cu ilin I yarımilində Xəzər Dəniz Gəmiçiliyinin (XDG) gəmiləri ilə daşımaların həcmi 11,3% - 6 mln. 380,8 min tonadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə idarədən məlumat verilib.
“2009-cu ilin yanvar-iyun aylarında XDG-nin gəmiləri ilə cəmi 6 mln. 380,8 min ton müxtəlif yük daşınıb. Bunun 4 mln. 660 min tonu neft və neft məhsullarının payına düşüb, 510,1 min ton quru yük gəmiləri, 1 mln. 210,7 min ton bərə ilə daşınıb”, - deyə Gəmiçilikdən bildirilib.
O da qeyd olunub ki, hazırda gəmiçiliyin balansında ümumi dedveyti 480 min ton olan 79 gəmi var. Bunun 42-si tanker, 37-si quru yük gəmisidir.
“Yaxın vaxtlarda Nijneqorod şəhərindəki “Krasnoe Sormovo” gəmiqayırma zavodundan 19619 layihəsinin yeni “Şuşa” tankeri Azərbaycana gətiriləcək. Bu, həmin müəssisədən alınmış 10-cu və XDG-nin 13-cü yeni tankeri olacaq”, - deyə Gəmiçiliyin nümayəndəsi qeyd edib.
Xəbər verildyi kimi, 19619 layihəsinin “Şuşa tankeri “çay-dəniz” sinfinə aiddir, 12 yük tankı və 1 durulducu tankla təchiz olunub, ikiqat bortda və ikiqat dibdə ballast bölmələrə malikdir. Onun uzunluğu 150 m., eni 17,3 m., bortun hündürlüyü 10,5 m., dedveyti 13 min tondan çoxdur ki, bu da liman terminalları yenidən təchiz edilmədən Xəzərdə istismar oluna bilən gəmi üçün maksimaldır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət