"Günay Anadolu sığorta" şirkəti 794 min manat məbləğində səhmlərin əlavə emisisyası hesabına nizamnamə kapitalını 98,5% - 1,6 mln. manatadək artırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
"Günay Anadolu sığorta" şirkəti səhmlərin əlavə emissiyasının yerləşdirilməsinə başlayıb. Əlavə emissiya hər birinin nominal dəyəri 1000 manat olan 794 səhmdən ibarətdir", - deyə birjanın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, əlavə emissiyanın yerləşdirilməsi BFB-də açıq abunə yolu ilə keçirilir. Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda Standard Capital MMC çıxış edir.
Şərtlərə görə, şirkətin səhmlərinin əlavə emissiyasının yerləşdirilməsi 2009-cu il sentyabrın 14-dək başa çatmalıdır.
Hazırda şirkətin nizamnamə kapitalı 806 min manat təşkil edir.
"Günay Anadolu sığorta" şirkəti ASC 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri sığorta şirkətlərindən biridir. Şirkət sığortanın 15 növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir. Onun səhmdarları 2 fiziki (pay 65,38%), 1 hüquqi şəxs - "Günaybank" ASC-dir (pay 34,62%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət