Ötən çərşənbə günü ərzində müvafiq xidmət orqanlarına Bakı şəhərinin müxtəlif hissələrinə partlayıcı qurğuların qoyulması barədə dörd yalan məlumat daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublika DİN-dən məlumat verilib.
“Dünən “112” xidmətinə (ekstren çağırış) zəng edən dörd nəfərdən üçünün şəxsiyyəti müəyyən edilib və onlar polis orqanları tərəfindən saxlanılıblar”,-deyə cümə axşamı DİN-in mətbuat xidmətindən bildirilib.
DİN-in məlumatına görə, ötən çərşənbə günü saat 11.23-də naməlum şəxs “112” xidmətinə zəng edərək deyib ki, “mən sizin iş yerinizə bomba qoymuşam”. Aparılan yoxlama zamanı məlumat təsdiqlənməyib. Müvafiq polis orqanları “112” xidmətinin yerində partlayıcı qurğu aşkar etməyiblər. Görülən tədbirlər nəticəsində müəyyən edilib ki, “112” xidmətinə yalan məlumatı Sumqayıt şəhər sakini Vüsal Mustafayev verib.
Bir neçə dəqiqədən sonra saat 11.41-də naməlum şəxs “112” xidmətinə zəng edərək bildirib ki, Qız Qalasına bomba qoyulub. Lakin bomba axtarışı nəticə verməyib. Polis orqanları tərəfindən aparılan tədbirlər nəticəsində məlum olub ki, Qız Qalasına bomba qoyulduğu haqda məlumat verən şəxs Neftçala rayon sakini Şaiq Məmmədovdur.
Həmin gün saat 14.13-də naməlum şəxs “112” xidmətinə zəng edərək “Əzizbəyov” metro stansiyasına bomba qoyulduğunu bildirib. Lakin hüquq-mühafizə orqanları bu dəfə də stansiyada partlayıcı qurğu aşkar etməyiblər. Həmçinin müəyyən edilib ki, yalan məlumatı verən şəxs Bakı sakini Xaqani Paşazadədir.Bomba qoyulması haqda yalan məlumat isə “112” xidmətinə saat 15.45-də daxil olub. Naməlum şəxs bildirib ki, Bakının avtomobil bazarına bomba qoyulub. Lakin məlumat təsdiqlənməyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət