Azərbaycanın dövlət büdcəsinin profisiti 2009-cu ilin birinci yarısında yanvar-iyun aylarında 424 mln. manat və ya ÜDM-in 2,97%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2009-cu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 4 mlrd. 861,9 mln. manat, xərcləri 4 mlrd. 437,9 mln. manat təşkil edib”,-deyə Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 1,1%, xərclər isə 8,4% artıb. Ümumilikdə, hesabat dövründə gəlirlər üzrə plan tapşırıqları 93,4%, xərclər üzrə isə 85% yerinə yetirilib.
Dövlət büdcəsinin gəlirləri strukturunda 1 mlrd. 627 mln. manat Vergilər Nazirliyi (plan tapşırıqları 80,8% yerinə yetirilib), Dövlət Gömrük Komitəsi tərəfindən 639,7 mln. (100,1%), Dövklət Neft Fondundan transfertlərin hesabına 2 mlrd. 530 mln. manat (103,1%), Əmlak Məslələri üzrə Dövlkət Komitəsi tərəfindən 2,5 mln. (104,2%) dövlət büdcəsi tərəfindən maliyyələşən büdcədənkənar təşkilatlardan daxilolmalar 46,7mln. (65,9%), digər gəlirlər 16 mln. manat (65%) təmin olunub.
Dövlət büdcəsinin xərcləri strukturunda müdafiəyə 324,4 mln. manat (plan tapşırığına 75,8% əməl olunub), təhsilə 513,5 mln. (89,8%), səhiyyəyə 161,9 mln. (75,2%), əhalinin sosial müdafiəsi və sosial təminatına 541,1 mln. (100%), investisiya proqramları və layihələrinin maliyyələşdirilməsinə 1 mlrd. 675 mln. manat yönəldilib.
Ümumilikdə, hesabat dövründə sosial tədbirlərin maliyyələşdirilməsinə büdcə xərcləri 1 mlrd. 279,8 mln. manat və ya bütün xərclərin 28,8%-ni təşkil edib ki, bu da ötən ilin analoji dövrü ərzində maliyyələşdirmənin həcmindən 31,6% çoxdur.
2009-cu il üçün dövlət büdcəsinin gəlirləri 12 mlrd. 177 mln. manat və ya ÜDM-in 27,9%-i, xərcləri 12 mlrd. 355 mln. manat və ya ÜDM-in 28,3%-i, kəsir 178 mln. manat və ÜDM-in 0,4%-i səviyyəsində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət