Azərbaycanda özəl sektorun bank kreditləşməsinin həcmi 2009-cu ilin 1-ci yarısında 5 mlrd. 877,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,6% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin iyun ayı üçün kredit qoyuluşları üzrə icmalında bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi icmala görə, 2009-cu ilin 1-ci yarısında bankların kredit qoyuluşları 6 mlrd. 463,8 mln. manat təşkil edib ki, bu da ötən il iyunun 1-nə olan göstəricidən 4,5% çoxdur. Bu ilin əvvəli üçün kredit qoyuluşlarının həcmi qeyri-neft ÜDM-in 4,5%-nu təşkil edib.
Verilən kreditlərin ümumi həcmindən 97,3% iqtisadiyyatın real sektorunun, 2,7% maliyyə sektorunun payına düşüb. Ümumilikdə, kreditlərin 90,9%-i özəl sektora, 9,1%-i dövlət sektoruna verilib.
2009-cu il iyulun 1-i ümün milli valyutada verilən kreditlərin xüsusi çəkisi 53,7% (2008-ci il iyulun 1-i ilə müqayisədə 5,5% artım), xarici valyutada 46,3% (artım 3,3%) təşkil edib. Milli valyutada verilən kreditlərin 26,9%-i Azərbaycan Beynəlxalq Bankının (ABB) payına düşür. Xarici valyuta ilə kreditlər üzrə ABB-nin payı 53,5% təşkil edir.
İcmalın məlumatına görə, 2009-cu il iyulun 1-i üçün kredit qoyuluşları strukturunda 4 mlrd. 344,4 mln. manat və ya bütün kreditlərin 67,2%-i uzunmüddətli, 2 mlrd. 119,4 mln. manat və ya 32,8% qısamüddətli kreditlərin payına düşüb. 2008-ci il iyulun 1-i ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi 0,4%, qısamüddətli kreditlərin həcmi 13,9% artlb.
Ümumilikdə, hesabat dövründə qısamüddətli kreditlərin 32,5%-i Beynəlxalq Bank tərəfindən verilib. Uzunmüddətli kreditlər üzrə ABB-nin payı 44,7% təşkil edib.
İcmala görə, 2009-cu ilin yanvar-iyun aylarında milli valyutada kreditlər orta illik 17,12% ilə verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,65 faiz bəndi azdır. Hüquqi şəxslərə manatla kreditlər orta illik 14,80% dərəcə, fiziki şəxslərə 21,19% dərəcə ilə verilib.
Xarici valyutada kreditlər orta illik 17,59% dərəcə ilə verilib ki, bu da 2008-ci il iyulun 1-üçün göstəricidən 3,48 faiz bəndi çoxdur. Hüquqi şəxslər üçün xarici valyutada kreditlər orta illik 15,01%, fiziki şəxslər üçün 22,67% dərəcə ilə verilib.
Ümumilikdə, hazırda banklar Bakıda fiziki və hüquqi şəxslərin kreditləşməsinə üstünlük verirlər. Verilən kreditlərin 84,3%-i (2008-ci il iyulun 1-i üçün bütün kreditlərin 86,3%-i) onların payına düşür. Sumqayıt verilən bütün kreditlərin 3,7%-ni, Gəncə -1,9%, Lənkəran -0,7%, Naxçıvan – 0,5%, Abşeron – 0,4% təşkil edib. Qalanı digər şəhər və rayonların payına düşüb. Bakıda kreditlərin 51,1%-i milli, 48,9%-i xarici valyuta ilə verilib. Regionlarda kreditlərin 65%-i milli, 35%-i xarici valyutada verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət