Nazirlər Kabineti 3G texnologiyası (üçüncü nəsil şəbəkəsi) üzrə mobil rabitə xidmətləri göstərmək məqsədilə lisenziya almaq üçün vacib olan şərtlərin siyahısını təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına görə, bu lisenziyanı almaq üçün şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat; şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası barədə məlumat; təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi barədə məlumat; 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat; «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi təqdim edilməlidir.
Xəbər verildiyi kimi, 3G mobil rabitəsi üçün lisenziyaya görə dövlət rüsumunun məbləği 11 min manat həcmində müəyyən edilib. Lisenziyaların verilməsi Rabitə və İnformasiya Texnologiyalarına tapşırılıb.
Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru - Azercell Telecom, Bakcell və Azerfon fəaliyyət göstərir. Azercell Telecom və Azerfon şirkətləri 2009-cu ilin sonunadək 3G texnologiyaları üzrə rabitə xidmətləri göstərməyə başlamağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət