"Krasnoe Sormovo zavodu" ASC (Nijni Novqorod, “Dəniz Neft-qaz layihələri”, DNL) 19619 layihəsindən Shusha tankerini sifarişçiyə- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə (KASPAR) verib. Bu barədə DNL-nin məlumatında deyilir.
DNL-nin mətbuat xidmətindən "İnterfaks-Povoljye" agentliyinə bildirilib ki, bazar ertəsi zavodda gəminin təhvil-təslim aktı imzalanıb.
Məlumata görə, KASPAR üçün tankerin tikintisi müqavilə müddətini qabaqlayıb. Belə ki, gəmi müqavilənin şərtlərinə görə, 2009-cu ilin sonunda təhvil verilməli idi.
Məlumatda qeyd olunur ki, bu gəmi KASPAR üçün "Krasnoe Sormovo" zavodunda tikilən 7-ci tankerdir. İlk gəmi 2004-cü ildə tikilib.
Bundan başqa bildirilir ki, "Krasnoe Sormovo" Qazaxıstan milli dəniz gəmiçiliyi idarəsi “Kazmortransflot”a “Atırau” tankerini verib.
Təhvil-təslim aktı sentyabrın 8-də imzalanıb, bazar ertəsi isə gəmi sifarişçiyə göndərilib.
Məlumatda bildirlir ki, "Krasnoe Sormovo" “Kazmortransflot” üçün 13 min ton detveytə malik 3 neft daşıyan tanker tikəcək. Müqavilənin ümumi dəyəri $66 mln. təşkil edir. 1-ci tanker 2009-cu ilin sentyabrında, ikinci və üçüncü tankerlər 2010-cu ilin may və avquat aylarında təhvil veriləcək.
KASPAR neft və neft məhsulları da daxil olmaqla yükdaşımaları ilə məşğul olan iri gəmiçilik şirkətidir. Şirkətin gəmiləri Xəzər, Qara dəniz, Aralıq və Mərmərə dənizlərində yükdamımaları ilə məşğul olur.
DNL qrupu gəmiqayırma və dəniz qazma platformalarının injinirinqi sahəsində layihələrin idarə olunmasını həyata keçirir. Qrupa " Krasnoe Sormovo", "Sormovskoe maşinostroenie" (hər ikisi Nijniy Novqoroddadır), Volqoqrad gəmiqayırma zavodu, Volqoqrad xüsusi maşınqayırma zavodu, eləcə də Friede & Goldman (ABŞ) daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət