Sentyabrın 29-da Bakıda “Listinq: maliyyələşdirmənin alternativ variantı” mövzusunda konfrans keçiriləcək. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Konfransın təşkilatçıları Bakı Fond Birljası (BFB) və Beynəlxalq Maliyyə Korporasiyasıdır (IFC).
"BFB konfransda listinqin yeni qaydalarının təqdimatını keçirəcək, listinq vasitəsilə şirkətlərin maliyyə resurslarının artırılması imkanları üzrə müzakirələr aparılacaq", - deyə məlumatda bildirilir.
Konfransda Azərbaycanın maliyyə və digər sektorlarda çalışan 100-dən artıq şirkət iştirak edəcək. Bundan başqa, konfransda London və İstanbul Fond Birjalarının nümayəndələrinin iştirakı da planlaşdırılıb. Onlar konfrans iştirakçılarını listinqin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandıracaqlar.
Xəbər verildiyi kimi, BFB 2009-cu il avqustun 3-dən yeni “Listinq, delistinq və qiymətli kağızların Bakı Fond Birjasındakı hərraclara buraxılışı qaydaları”nı tətbiq edib. Şərtlərə uyğun olaraq, BFB-da qiymətli kağızların kotirovkası iki səviyyədə həyata keçiriləcək və kotirovkasız listinqlər fəaliyyət göstərəcək.
BFB hesab edir ki, Azərbaycanda 10-15 kommersiya strukturu listinqə hazırdır. Bunlar əsasən maliyyə sektorunda fəaliyyət göstərən, eləcə də qeyri-maliyyə sektorunda çalışan bəzi şirkətlərdir. BFB artıq bəzi banklarla onların birjada listinqi mövzusunda danışıqlar aparır.
BFB 2009-cu ilin sonlarınadək listinq sisteminə tam keçidi planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət