SOCAR şirkəti “Neft Daşları”nda Sıxıcı Kompressor Stansiyası-2-də (SKS-2) genişləndirmə işlərini başa çatdırır. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
İşlərə Sıxıcı Kompressor Stansiyasının (SKS-2) daha 4 qaz-turbin aqreqatı hesabına genişləndirilərək, turbinlərin ümumi sayını 16-ya çatdırmaq, qaz sıxımının məhsuldarlığının sutkada 11-12 milyon kubmetrə qaldırılması daxildir. Tikinti üzrə baş podratçısı isə “Neftqaztikinti” trestidir.
“Stansiyada işlər artıq başa çatdırılmışdır, son tamamlama mərhələsindədir. Bu günlərdə «Azneft» İtsehsalat Birliyi tərəfindən yaradılmış geniştərkibli işçi komissiya istifadəyə veriləcək kompressor stansiyasında olmuş, qurğuların işə hazırlıq səviyyəsinə baxış keçirilmişdir. Mütəxəssislər görülən işləri yüksək qiymətləndirmişlər. Stansiyanın noyabrın əvvəllərində istifadəyə veriləcəyi gözlənilir», - deyə məlumatda qeyd olunur.
SKS-2 istismara 15 il bundan əvvəl - 1994-cü il, sentyabrın 21–də buraxılıb. Stansiya Neft Daşları yaxınlığındakı estakadaların yaxınlığında, xüsusi hazırlanmış meydançada yerləşir. SKS-2 «Günəşli» yatağında hasil olunan alçaq təzyiqli (5 atmosfer) səmt qazının sıxılaraq, sahilə 55 atmosfer təzyiqlə vurulması məqsədi ilə yaradılıb. Bu stansiya tikilməzdən əvvəl alçaq təzyiqli qazların yığılması və sahilə nəql edilməsi mümkün deyildi. İlkin mərhələdə SKS-2 ümumi istehsal gücü sutkada 4,2 mln kubmetr təşkil edən 9 qaz-turbinli kompressor aqreqatından ibarət idi. Lakin «Günəşli» yatağında qaz hasilatının sürətlə yüksəlməsi, həmçinin «Çıraq-1» platformasından iri həcmdə – sutkada 1 milyon kubmetr səmt qazının nəqlinə başlanması SKS-2 stansiyasının modernləşdirilməsi məsələsini aktuallaşdırdı. 1998-ci ildə stansiyanın işi dayandırılmadan qaz kompressor aqretqatları yeniləndi, daha güclü və müasirləri ilə əvəz olundu. Nəticədə stansiyanın məhsuldarlığı 4,2 mln kubmetrdən sutkada 5,8 mln kubmetrə qədər artırıldı. 2001-ci ilin martında SKS-2-nin yerləşdiyi dəniz meydançası genişləndirildi və orada daha 3 qaz-turbin aqreqatı əlavə edildi. Beləliklə, aqreqatların sayı 12-ə, məhsuldarlıq isə sutkada 7,4 mln kubmetrə çatdırıldı. Həmin aqreqatlar bu günə qədər fasiləsiz olaraq tam gücü ilə işləyir.
«Günəşli» yatağında qaz hasilatının 2,5 dəfə artırılması və sutkalıq 7 mln kubmetrdən 18 mln kubmetrə qədər çoxalması stansiyanın üçüncü rekonstruksiyasına, gücünün müvafiq şəkildə artırılmasına zərurət yaratdı.
Neft Daşları yatağı 1949-cu ildən istgismar olunur. İstijrmar dövründə Neft Daşlarından və Palçıq Pilpiləısindən 173 mln. ton neft hasil olunub. Hazırda 460 istismar quyusundan sutkalıq hasilat 2300 ton təşkil edir. Yataqda yerdə qalan ehtiyatların həcmi təxminən 30 mln. ton təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət