Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva cəmiyyətin diqqətinin daha çox uşaqların problemlərinə yönəldilməsinin vacibliyini bildirir.
“Üç uşaq anası olaraq, mən analıq missiyasını öz həyatımda ən mühüm missiya hesab edirəm və hər bir valideynin arzusu odur ki, onun uşaqları sağlam, ağıllı, xoşbəxt olsunlar”,-deyə M.Əliyeva cümə axşamı Uşaq ili və BMT Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibətilə Azərbaycanda uşaqların müdafiəsinə həsr olunmuş konfransda bildirib.
“Bu gün dünya ictimaiyyətini narahat edən problemlərə baxmayaraq, uşaqların problemləri hər zaman ön planda olmalıdır”,-deyə o vurğulayıb.
M.Əliyevanın sözlərinə görə, şəxsiyyətin formalaşmasında ailə mühütü mühüm rol oynayır. Birinci xanım təəssüflə qeyd edib ki, bu gün valideyn diqqətindən məhrum uşaqlar böyüyür.
“Heydər Əliyev Fondu uşaqların problemlərinə xüsusi diqqət yetirir. Fondun “Uşaq evlərinin və internat məktəblərin inkişafı” proqramı çərçıvəsində respublikada 31 uşaq müəssisəsi bərpa edilib və avadanlıqla təchiz olunub”,-deyə M.Əliyeva bildirib.
Eyni zamanda o qeyd edib ki, heç bir müasir internat ailəni əvəz edə bilməz.
2006-cı ildə prezident İlham Əliyev uşaqların uşaq evlərindən ailələrə verilməsi və alternativ qayğı haqqında Dövlət Proqramını təsdiqləyib. M.Əliyeva bildirib ki, 2006-2015-ci illər üçün nəzərdə tutulan proqram çərçivəsində böyük işlər həyata keçirilir və yaxın 3-5 ildə Azərbaycanda 45 uşaq müəssisəsinin transformasiyası planlaşdırılır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət