Azərbaycan Hesablama Palatası (AHP) palatanın “2010-cu il üçün dövlət büdcəsi haqqında” rəyinin Milli Məclisə təqdim olunması haqda qərar qəbul edib. Bu barədə palatanın saytında yerləşdirilən məlumatda bildirilir.
“Hesablama Palatası “2010-cu il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinə rəy hazırlayıb. Rəyə palata kollegiyası tərəfindən baxılıb və onun baxılmaq üçün parlamentə təqdim olunması qərara alınıb”,-deyə məlumatda qeyd olunur.
Bundan əlavə, AHP Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üçün büdcə layihəsini müzakirə edib və bəyənib. “Həmçinin DSMF-in 2010-cu il üçün büdcəsi haqda rəyin parlamentə göndərilməsi barədə qərar qəbul olunub”,-deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 mlrd. 15 mln. manat, xərcləri 11 mlrd. 264 mln., kəsiri 1 mlrd. 249 mln. manat və ya ÜDM-in 3,9%-i səviyyəsində proqnozlaşdırılıb.
DSMF-in 2010-cu il üçün kəsirsiz büdcəsinin gəlirləri və xərcləri 1 mlrd. 757 mln. 216,2 min manat həcmində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, parlament noyabrda 2010-cu il üçün Azərbaycanın dövlət büdcəsinin və DSMF-in büdcə layihələri üzrə müzakirələrin keçirilməsini planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət