SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri (NQÇİ) 2009-cu ilin sonlarında qaz hasilatının həcminin 1 mln. kubmetrədək artırılmasını planlaşdırır. Bu barədə NQÇİ-nin rəis müavini Mədət Bağırov çərşənbə axşamı jurnalistlərə məlumat verib.
“Hazırda “Neft Daşları” yatağından sutkada plan üzrə 2,42 min tonun müqabilində 2,48 min ton neft çıxarılır. Yataqdan gündəlik qaz hasilatının həcmi 920 min kubmetr təşkil edir, lakin ilin sonunadək bu göstəricinin 1 mln. kubmetrədək artırılması planlaşdırılır”,-deyə M.Bağırov bildirib.
O qeyd edib ki, NQÇİ-nin balansında 430 quyu istismardadır.
M.Bağırovun sözlərinə görə, “Neft Daşları” yatağının işləndiyi 60 il ərzində burada 170 mln. tondan çox neft çıxarılıb.
O bildirib ki, noyabrda qeyd olunacaq 60 illik yubiley münasibətilə təntənəli tədbirlərə hazırlıq işləri aparılır. M.Bağırovun sözlərinə görə, bununla əlaqədar şəhərciyin abadlaşdırılması işləri başa çatdırılır, yeni park salınıb, 1400 nəfərdən çox adam üçün bir neçə yeni yataqxana tikilib, hənçinin Böyük Vətən Müharibəsi və 1957-ci ildə fırtına zamanı həlak olan neftçilərin xatirəsinə abidə ucaldılıb. Şəhərdə cəmi 2 minə yaxın adam yaşayır.
Noyabrda “Neft Daşları”nın 60 illik yubileyi münasibətilə SOCAR jurnalistlər üçün bu yatağa səfər təşkil edib. Səfər çərçivəsində jurnalistlər “Neft Daşları” NQÇİ-nin fəaliyyətilə tanış olacaqlar və yeni qaz kompressor stansiyası -2-yə baş çəkəcəklər.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət