Azərbaycan Hesablama Palatası (AHP) hökumətə 2009-cu ilin sonunadək elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsi üçün Elmin İnkişafı Fondunun (EİF) vəsaitlərindən istifadə mexanizmini təsdiqləməyi tövsiyyə edir. Bu barədə AHP-nin auditoru Vaqif Həsənov məlumat verib.
“2008-2009-cu illərdə bu məqsədlə dövlət büdcəsindən 12 mln. manatın ayrılması nəzərdə tutulub. Lakin həmin vəsaitlərdən istifadə mexanizmi olmadığına görə onlar mənimsənilməmiş qalıb. 2010-cu ildə bu məqsədlə daha 7 mln. manatın ayrılması planlaşdırılır. Odur ki, hesab edirik ki, Fondun vəsaitlərindən istifadə mexanizmi 2009-cu ilin sonuna kimi hazırlanmalıdır ki, gələn il maliyyələşməni təmin etmək mümkün olsun”,-deyə V.Həsənov çərşənbə günü parlament komitələrində 2010-cu il üçün dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ümumilikdə, 2010-cu ildə elm sahəsinin dövlət büdcəsindən maliyyələşdirilməsinin həcmi 98,2 mln. manat təşkil edəcək və bunun 66%-ni Milli Elmlər Akademiyası alacaq. Gələn il maliyyələşdirmənin ümumi həcmindən 47,9 mln. manat elm sahəsində işçilərin əmək haqlarının ödənilməsinə yönəldiləcək.
V.Həsənov vurğulayıb ki, gələn il təhsil sahəsinin maliyyələşmə həcmi 1 mlrd. 276,4 mln. manat təşkil edəcək ki, bu da 2009-cu ilin yekunları üzrə gözlənilən maliyyələşmə həcmindən 16,4% çox olacaq. "Ümumilikdə, bizim təhsil sahəsinin maliyyələşdirilməsi ilə bağlı apardığımız analiz normativ bazanın təkmilləşdirilməsinin zəruriliyini göstərir. Bundan başqa hesab edirik ki, proqram büdcə maliyyələşməsinin səviyyəsini artırmaq lazımdır", - deyə o qeyd edib.
Auditor əlavə edib ki, Hesablama Palatasının analizi dövlət proqramları çərçivəsində təhsil sistemində xərclərin kifayət qədər effektiv olmayan proqnozlaşdırılma sistemini aşkar edib. O cümlədən bu dövlət proqramlarının həyata keçirilməsi üzrə fəaliyyət planlarının hazırlanması zamanı əsas diqqət təmir işlərinin maliyyələşdirilməsi və avadanlığın satın alınması məsələlərinə ayrılır. "Bu halda proqramların məqsədləri əlçatmaz olaraq qalır. Buna görə də biz onların tərtib olunmasına daha kompleks və sistemli yanaşma həyata keçirməyi tövsiyyə edirik", - deyə o vurğulayıb.
V.Həsənov qeyd edib ki, Hesablama Palatası icbari tibbi sığorta sisteminin tətbiqinə yönəlmiş tədbirlərin hökumət tərəfindən maliyyələşdirilməsini əsaslı hesab edir. "Ümumilikdə, 2010-cu ildə səhiyyə sahəsində 9 dövlət proqramının maliyyələşdirilməsinə dövlət büdcəsindən 58 mln. manat həcmində vəsaitin ayrılması planlaşdırılır", - deyə V.Həsənov əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət