Sığorta və təkrar sığorta təşkilatlarında rəhbər postları tutmağa imkan verən attestasiyadan iki sığorta şirkətinin üç nümayəndəsi keçib. Bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında bildirilir.
“Dövlət Sığorta Nəzarəti Xidməti noyabrın 5-də sığorta və təkrar sığorta təşkilatlarında rəhbər postları tutan şəxslərin attestasiyası üçün növbəti test imtahanını keçirib. İmtahanda iştirak edən dörd nəfərdən üçü attestasiyadan uğurla keçib. Onlar test imtahan zamanı təklif olunan 100 sualdan 70 və daha çoxuna düzgün cavab veriblər”,-deyə məlumatda qeyd olunur.
Attestasiyadan “Xalq sığorta” və “Alfa Insurance” şirkətlərinin Daxili Audit xidmətləri və Təftiş komissiyalarının üzvləri keçiblər.
Bundan əlavə, noyabrın 5-də 12 fiziki şəxs sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaqdan ötrü Dövlət Sığorta Nəzarəti Xidmətinin attestasiyasından uğurla keçib.
“İmtahanda 16 nəfər iştirak edib. Onlardan 12-i təklif olunan 100 sualdan 70-dən çoxuna düzgün cavab verərək attestasiyadan keçib və sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaq hüququ qazanıb”,-deyə məlumatda vurğulanır.
Ümumilikdə, 2009-cu ilin fevral-noyabr aylarında sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziya almaqdan ötrü Maliyyə Nazirliyinin attestasiyasından 200-dən çox fiziki şəxs keçib.
Xəbər verildiyi kimi, test imtahanları “Sığorta təşkilatlarında rəhbər vəzifələrə iddia edən namizədlər və sığorta sahəsində vasitəçilik fəaliyyəti məqsədilə lisenziya alınmasında maraqlı olan fiziki şəxslər üçün attestasiyanın keçirilməsi qaydaları”na uyğun olaraq keçirilir.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə görə, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. 2009-cu il martın 15-dən agentlik fəaliyyətini yalnız lisenziyalaşdırılmış fiziki şəxslər həyata keçirə bilər.
Sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziyaya görə dövlət rüsumu hüquqi şəxslər üçün 1 min manat, fiizki şəxslər üçün 200 manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət