ATƏT-in Bakı ofisi hakimlərin peşə səviyyəsinin inkişafının dəstəklənməsi və bu yaxınlarda yaradılan Ədliyyə Akademiyasının tədris proqramının hazırlanmasına öz töhfəsini vermək məqsədilə hakimliyə namizədlər üçün treninqlərin keçirilməsinə başlayıb. Bu barədə ATƏT-in Bakı ofisinin məlumatında bildirilir.
Dördaylıq tədris proqramını hazırlayan Azərbaycan Məhkəmə-Hüquq Şurası və treninqlərin keçirilməsi üçün öz bazasını təqdim edən Ədliyyə Akademiyası bu layihəni dəstəkləyir. Əsas diqqəti ədalət mühakiməsində hakimlərin roluna yönəldən tədris proqramı insan hüquqları, cinayət hüququ və mülki hüquq mövzularını əhatə edir.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel öz çıxışında müasir və effektiv məhkəmə sisteminin yaradılması üçün peşəkar hüquq treninqlərinin vacibliyini bildirib.
“Biz əminik ki, daha yüksək nəticələrə nail olunması baxımından hakimlərin bilik və bacarıqları üçün hərtərəfli treninqlərin keçirilməsi vacibdir”,-deyə diplomat vurğulayıb.
Öz növbəsində Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri İlqar Xələfov belə treninqlərin keçirilməsinin əhəmiyyətindən danışaraq bu sahədə faydalı əməkdaşlığa görə ATƏT-in Bakı ofisinə öz təşəkkürünü bildirib.
Treninq-qruplar iki yazılı və bir şifahi imtahandan keçmiş 80 nəfər hakimliyə namizəddən ibarətdir.
Tədris sessiyaları mühazirə və praktiki biliklərdən ibarət olacaq. İştirakçıların müvafiq qanunvericiliyə uyğun olaraq əsaslı qərarlar qəbul etmək qabiliyyətinin artırılması üçün praktiki işlər müzakirə olunacaq. Treninqlərə ATƏT ofisinin hüquq məsələləri üzrə mütəxəssisləri ilə yanaşı beynəlxalq və yerli ekspertlər də cəlb ediləcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət