“Azneft” İstehsalat Birliyi (SOCAR-ın neft-qaz hasilatı üzrə strukturu) Neft Daşları yatağında 1887 saylı yeni quyu istismara verib. Bu barədə SOCAR-ın (Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
«Quyunun dərinliyi 2540 metrdir. Quyudan sutkada 35 ton neft və 25 min kubmetr qaz hasil edilir. Quyu 1887 saylı platformanın 5-ci blokundan qazılıb», - deyə qeyd olunur.
SOCAR-ın məlumatına görə, 1887 saylı platforma 2006-cı ildə istismara verilib və 36 quyunun qazılması üçün nəzərdə tutulub. Onların ümumi debiti sutkada 1 min ton neft səviyyəsində gözlənilir. 3 il ərzində platformadan 21 quyu qazılıb, onlardan 16-sı istismardadır. Cəmi 3 il ərzində platformadan 433 min ton neft hasil edilib.
«Platformada istismar olunan quyulardan neft hasilatının ümumi həcmi 500 ton təşkil edir. Bu il 1887 saylı platformadan planlaşdırılmış 6 quyunun hamısı qazılıb. 2009-cu ildə Neft Daşları yatağında cəmi 17 quyu qazılacaq, onlardan 13-ü artıq istismara verilib», - deyə məlumatda qeyd olunur.
Neft Daşları yatağı 1949-cu ildən işlənir. İstismar olunduğu dövr ərzində Neft Daşları və Palçıq Pilpiləsi yataqlarından 173 mln. ton neft hasil edilib. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir, bunun 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət