Dünya Bankı 2010-cu il yanvarın 10-dək Azərbaycan hökumətilə dəmir yolu infraastrukturunun yaxşılaşdırılmasına dair $450 mln. dəyərində kredit sazişini imzalayacağına ümid edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
"Bütün zəruri sənədlər praktiki olaraq razılaşdırılıb. İndi yalnız “Azərbaycan Dəmir Yolu” QSC-nin əsasnaməsinin təsdiqlənməsini gözləmək qalır. Bundan sonra kredit sazişi imzalana bilər", - deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, QSC-in əsasnaməsinin cari ilin dekabrında təsdiqlənəcəyi gözlənilir və kredit sazişini maksimum imzalanma müddəti 2010-cu il yanvarın 10-dəkdir.
Xəbər verildiyi kimi, DB-nin Direktorlar Şurası 2008-ci il martın 27-də Azərbaycana dəmir yolu infraastrukturunun yaxşılaşdırılmasına dair $450 mln. dəyərində kreditin verilməsilə bağlı qərarı təsdiqləyib. DB-nin krediti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri üzrə 4 illik güzəşt dövrü də daxil olmaqla 17 il müddətinə verilib. Layihənin ümumi dəyəri Azərbaycan hökumətinin $223 mln. həcmdə payı da daxil olmaqla $673 mln. təşkil edir.
Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Əməkdaşlıq dövründə bank tərəfindən Azərbaycana 52 layihənin reallaşdırılması üçün $2,7 mlrd məbləğində kredit ayrılıb. Bununla yanaşı, Azərbaycan və DB 49 layihə üzrə $2,427 mlrd. həcmdə kredit sazişi imzalayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət