Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2009-cu ilin yanvar-oktyabr aylarında 138 mln. 411,24 min manat səviyyəsində tədiyə yığımını təmin ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Xidmətin məlumatına görə, hesabat dövründə könüllü sığorta növləri üzrə tədiyələr 115 mln. 339,05 min manat təşkil edib. Bundan əlavə, həyat sığortası üzrə 788,56 min manat, könüllü sığortanın digər növləri üzrə 114 mln. 550,49 min manat tədiyə alınıb.
Hesabat dövründə sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə tədiyə yığımı 23 mln. 72,19 min manat təşkil edib.
Yanvar-oktyabr ayları ərzində sığortaçılar tərəfindən 42 mln. 95,55 min manat məbləğində ödəniş həyata keçirilib.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər 33 mln. 248,57 min manat olub. Bununla yanaşı həyat sığortası üzrə 384,24 min manat, könüllü sığortanın digər növləri üzrə 32 mln. 864,33 min manat həcmində ödənişlər həyata keçirilib.
Cari ilin yanvar-oktyabr aylarında sığortanın icbari növləri üzrə ödənişlər 8 mln. 846,98 min manat olub.
Xidmətin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında sığortanın könüllü növləri üzrə tədiyə strukturunda ən çox məbləğdə tədiyə - 26 mln. 39 min manat avtomobil nəqliyyat vasitələrinin sığortası, 18 mln. 3,18 min manat tibbi sığorta, 4 mln. 576,13 min manat- bədbəxt hadisələrdən sığorta, 20 mln. 629,5 min manat əmlakın yanğından və digər risklərdən sığortası üzrə əldə olunub.
Bundan başqa yanvar-oktyabr aylarında yüklərin sığortası üzrə 5 mln. 854,26 min manat, hərbi qulluqçuların icbari sığortası üzrə 12 mln. 935,54 min manat, ahav gəmiləriin sığortası üzrə 10 mln. 209,88 min manat tədiyə əldə olunub.
Tədiyələrin qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.
Yanvar-oktyabr aylarında sığortaçılar tərəfindən ən çox həcmdə - 13 mln. 828,12 min manat məbləğində ödəniş avtomobil nəqliyyat vasitələrinin könüllü sığortası üzrə həyat keçirilib. Bundan əlavə 11 mln. 688,25 min manat tibbi sığorta, 4 mln. 309,84 min manat əmlakın yanğından və digər risklərdən sığortası, 7 mln. 590,07 min manat hərbi qulluqçuların icbari sığortası üzrə həyata keçirilib.
Ödənişlərin qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət