Bakıda təkrar daşınmaz əmlak bazarında qiymətlər 2009-cu ilin oktyabrında sentyabrla müqayisədə 2,9% ucuzlaşıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə daşınmaz əmlak bazarının öyrənilməsi və bazardakı vəziyyətin aylıq təhlilini hazırlayan “Əmlak Bazarının İştirakçıları” ictimai birliyindən məlumat verilib.
"Aparılan tədqiqatlar göstərir ki, oktyabrda sentybarla müqayisədə təkrar daşınmaz əmlak bazarında əqdlərin sayında 0,7% artım qeydə alınıb. Oktyabrda təkliflər portfelinin həcmində təkliflərin sayı 2% azalıb. Oktyabrda təkrar daşınmaz əmlak bazarında orta qiymət 2,9%, yəni 1 kvadrat metr üçün $1243-dək ucuzlaşıb", - deyə birlikdən qeyd ediblər.
Təşkilatın məlumatına görə, ən çox qiymət artımı Qaradağ rayonunda (0,4%), daha çox ucuzlaşma isə Binəqədi rayonunda (2,2%) qeydə alınıb.
Bununla yanaşı, oktyabrda ümumi təkliflər portfelində Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında yerləşən mənzillər üstünlük təşkil edib ki, onların ümumi payı 78,6% olub.
Oktyabrda bazarda təklif olunan mənzillərin sayı cəmi 7000 təşkil edib. Təkrar bazarın ümumi təkliflər portfelində “yeni binaların” payı oktyabrda 59% olub ki, bu da sentyabrdakı göstəricidən 1,4% azdır. Ümumi portfeldə oktyabrda müəyyən olunan orta qiymətdən aşağı olan mənzillərin payı 56,2 % təşkil edib.
Birliyin məlumatına görə, oktyabrda ilkin daşınmaz əmlak bazarında qiymətlər sentyabrla müqayisədə cüzi artıb.
"Aparılan tədqiqatlar göstərir ki, oktyabrda paytaxtdakı mənzillərin 1 kv.metrinin qiyməti sentybarla müqayisədə 0,1% artaraq $957 təşkil edib. Oktyabrda ilkin daşınmaz əmlak bazarında qiymət artımı Səbail rayonunda (1,3%), azalma isə Nizami (0,2%) və Nərimanov (1,9%) rayonlarında qeydə alınıb», - deyə birlikdən qeyd ediblər.
Oktyabrın sonlarına olan vəziyyətə görə, birlik tərəfindən Bakıda 453 yeni bina və 159 inşaat şirkəti qeydə alınıb. Əvvəllər olduğu kimi, evlərin çoxu paytaxtın Yasamal, Nəsimi və Xətai rayonlarında tikilir. Bu 3 rayonda yeni binalrın sayı təkliflərin ümumi portfelində 64% təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət