“Pasha Sigorta” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarını könüllü tibbi sığorta (KTS) üzrə sığorta edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin İdarə Heyətinin sədri Nofəl Rzayev məlumat verib.
“Bu ilin iyulunda AMB “Standard Insurance” şirkətini bank işçilərinin KTS üzrə sığortası üçün tenderin qalibi elan edib. Lakin bank işçilərinin KTS üzrə xidmətlərin keyfiyyətindən narazı olması ilə əlaqədar AMB “Standard Insurance” ilə müqaviləni pozub”,-deyə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-nin nümayəndəsi bildirib.
N.Rzayev qeyd edib ki, “Standard Insurance” ilə müqavilə pozulduqdan sonra “Pasha Sigorta” şirkətinin nümayəndələri AMB-yə görüşə dəvət olunublar. “Əlavə müzakirələrdən sonra bank işçilərinin KTS üzrə sığortası üçün “Pasha Sigorta” ilə müqavilə bağlamaq qərara alınıb”,-deyə şirkətin rəhbəri bildirib.
N.Rzayev qeyd edib ki, “Pasha Sigorta” tender çərçivəsində müqavilənin şərtləri ilə bağlı təqdim edilən ilkin təkliflərini dəyişməyib.
Mənbə qeyd edib ki, AMB və “Pasha Sigorta” arasında sığorta müqaviləsi 2010-cu il noyabrın 16-dək nəzərdə tutulub.
Xəbər verildiyi kimi, tenderdə iştirak üçün təkliflərini 4 şirkət təqdim edib - “Pasha Sigorta”, “Standard Insurance”, “AzSigorta” və Xalq sığorta.
“Pasha Sigorta” “Pasha Holding” qrupuna daxildir. Fəaliyyət üçün lisenziyanı 2006-cı ilin iyulunda alıb. ASC-nin nizamnamə kapitalı 9 mln. manat təşkil edir. ASC sığortanın 30 növü ilə xidmət göstərir. 2009-cu ilin yanvar-fevral aylarının yekunları üzrə “Pasha Sigorta”nın tədiyələri 8,96 mln. manat, ödənişləri 1,56 mln. manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət