Nəqliyyat Nazirliyi 2010-cu ilin yanvarından avtomobil nəqliyyatı vasitəsilə yükdaşımaya nəzarəti gücləndirəcək. Bu barədə idarənin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, bununla əlaqədar Nəqliyyat Nazirliyi ictimaiyyətin məlumatlandırılması kampaniyasına başlayacaq və daşınma qaydalarına riayət etməyən şəxslərə qarşı ciddi ölçülər götürüləcək.
"Yeni qaydalara əsasən, yüklərin daşınmaya qəbulu, yüklərin plomblanması, əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi, heyvanların və quşların, tezkorlanan yüklərin daşınması qaydaları, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, çörək və çörək-bulka məmulatlarının, unlu-kremli qənnadı məmulatlarının, tikinti, taxta-şalban və şüşə materiallarının daşınması qaydalarına riayət etməyən, eyni zamanda avtomobili normativdən artıq yükləyən sürücülərə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, normativlərə riayət etməyən avtomobillər saxlanacaq, akt tərtib edilərək fotocədvəl hazırlanacaq. Bundan sonra müvafiq qurumlara müraciət ediləcək və sürücü, avtomobil sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görüləcək.
«Nəqliyyat Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər dövlət orqanları yüklərin daşıma qaydalarına uyğun, təyin edilmiş standartlara cavab verən taralarda olub-olmamasına, temperatura, mal-qaranın, meyvə-tərəvəzin, quşların, tikinti materiallarının, çörəyin hansı şəraitdə daşınmasına qədər bütün detallara nəzarət edəcək», - deyə məlumatda qeyd olunur.
O da bildirilir ki, əmtəə-nəqliyyat qaimələrini doldurmaqda çətinlik çəkənlər «Azərnəqliyyatekspedisiya» Birliyinə müraciət edə bilərlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət