2009-cu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 yaşınadək olan uşaqlar arasında ölüm halları 1,8 promille azalıb. Halbuki ötən ilin analoji dövründə müvafiq göstərici 2,1 promille təşkil edirdi. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin bölgə bürosuna Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.
"Bu göstərici tərcə Azərbaycan Respublikası üçün deyil, Avropa ölkələri üçün də optimaldır",- deyə nazirlikdəki mənbə agentliyə bildirib.
Onun sözlərinə görə, bu, uşaqlara tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ana və uşaqların sağlamlığının müdafiəsi üzrə işlərin yaxşılaşdırılması, əhali arasında tibbi maarifləndirmə üzrə işlərin aparılması sayəsində mümkün olub.
"Ali Məclis sədrinin Uşaq ili ilə əlaqədar təsdiqlədiyi tədbirlər planına görə Səhiyyə Nazirliyinin Mərkəzi Uşaq Xəstəxanası, rayon xəstəxaları ilə birgə təşkil etdiyi və tərkibində pediatrların olduğu xüsusi həkim briqadası dağlıq və sərhədyanı kəndlərdə 14 yaşadək olan uşaqların profilaktik tibbi müayinəsini həyata keçirirlər. Müayinələr zamanı aşkar olunan xəstələr stasionar və digər uşaq tibb müəssisələrində müalicəyə cəlb olunurlar",- deyə nazirliyin nümayəndəsi bildirib.
O həmçinin hamilə qadınların müayinəyə cəlb edilməsi, onlara patronaj xidmət üzrə işlərin də gücləndirildiyini qeyd edib. Mənbənin sözlərinə görə, Uşaq ili çərçivəsində digər tədbirlər də həyata keçirilib. Belə ki, Uşaq Evində anadangəlmə qüsurlarla doğulmuş azyaşlı uşaqlara malik ailələrə dəstək mərkəzi yaradılıb, uşaqlar üçün sağlamlıq kartlarının verilməsi üzrə işlər davam etdirilir.
"Son 3 il ərzində Naxçıvanda doğulan 15 min 753 uşaq üçün elektron sağlamlıq kartı tərtib edilib. Həmin kartlarda uşağa vurulan peyvəndlər, keçirdiyi xəstəliklər və onun sağlamlığı haqda digər məlumatlar öz əksini tapıb",- deyə nazirliyin nümayəndəsi bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət