Azərbaycan İpoteka Fondu (AİF) hərracda 5 mln. manatlıq istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
"Yeddi sərmayədar tərəfindən təqdim ediklən ərizələrin ümumi həcmi 9 mln. 929,097 min manat təşkil edib. Hərracın yekunlarına görə hərraca çıxarılan 5 mln. manatlıq istiqrazın hamısı yerləşdirilib", - deyə BFB-nın nümayəndəsi bildirib.
İstiqrazların ödənilməsi tarixi 10 may 2016-cı ildir.
Beləliklə, AİF-in 9 hərrac nəticəsində yerləşdirdiyi istiqrazların ümumi həcmi 49 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, QKDK 2009-cu ilin mayından AİF-in kommersiya şərtlərilə ipoteka kreditlərini verilməsini təmin etmək üçün 55 mln. manatlıq istiqraz emissiyası prospektini qeydiyyata alıb. İstiqrazlar 7 il müddətinə illik 3%-lə buraxılıb.
AİF 2009-cu ilin iyunundan kommersiya şərtlərilə 18 müvəkkil bank vasitəsilə ipoteka kreditlərinin verilməsini bərpa edib. Bununla yanaşı, kommersiya şərtlərilə ipoteka kreditləri dövlət büdcəsinin vəsaitləri hesabına deyil, fondun öz istiqrazlarının buraxılışından əldə etdiyi vəsait hesabına veriləcək. Odur ki, QKDK 2009-cu ilin mayından AİF-in kommersiya şərtlərilə ipoteka kreditlərini verilməsini təmin etmək üçün 55 mln. manatlıq istiqraz emissiyası prospektini qeydiyyata alıb. İstiqrazlar 7 il müddətinə illik 3%-lə buraxılıb.İstiqrazların ödəniş tarixi 10 may 2016-cı ildir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək verilir, kreditin maksimal həcmi 50 min manatdan çox olmamalıdır, kredit illik 8% dərəcəsindən çox olmayan dərəcə üzrə verilir. Şərtlərə görə, kredit üzrə aylıq ödəniş kredit götürənin ümumi gəlirinin 70%-dən çox olmamalıdır. Kredit götürən öz həyatını və əmək qabiliyyətini, həmçinin ipotekaya götürdüyü əmlakı mütləq sığorta etdirməlidir.
Yalnız sosial ipoteka dövlət büdcəsindən maliyyələşdirilir.
2009-cu ilin iyun-noyabr aylarında AİF-in şərtlərilə ümumi məbləği 67 mln. manat olan ipoteka kreditlərini 1,6 min nəfər yaxın adam alıb. Ümumilikdə, AİF-in xətti ilə 2006-cı ilin martından Azərbaycan vətəndaşlarına ümumi məbləği 143 mln. manat olan 3,6 min ipoteka krediti verilib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb. 2007-ci ilin iyununda fond maliyyə çatışmamazlığı üzündən kreditlərin verilməsini dayandırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət