Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının təşəbbüsü ilə Lənkəranda qanvermə aksiyası başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Donor aksiyası rayonun mərkəzi xəstəxanasında keçirilir və dekabrın 27-dək, müsəlmanlar üçün əlamətdar olan “aşura günü”nə qədər davam edəcək. QMİ-nin cənub regionundakı səlahiyyətli nümayəndəsi hacı Sədi Axundzadə qeyd edib ki, respublika üzrə bu kampaniya 2002-ci ildən keçirilir və ona birinci dəfə elə Lənkəran qoşulub.
Yığılmış qan yoxlanıldıqdan sonra talassemiyalı və hemofiliyalı xəstələrin ehtiyacları üçün istifadə edilmək məqsədilə qan bankına təhvil veriləcək.
Bundan başqa, donorlar böyrək çatışmazlığı xəstələrinin müalicəsi üçün Lənkəran müalicə-diaqnostika mərkəzinə qan verəcəklər.
Lənkəranda 11 talassemiyalı və 33 hemofiliyalı xəstə qeydiyyata alınıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət