Azərbaycan cari ildə qaz ixracını 8,5-9 mlrd. kubmetr səviyyəsində planlaşdırır. Bu barədə SOCAR-ın (Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev çərşənbə günü jurnalistlərə məlumat verib.
“Bizim Türkiyə, Gürcüstan, Rusiya və İrana qaz nəqlinə dair müqavilələrimiz var. Həmin müqavilələrə əsasən Türkiyəyə 6,6 mlrd. kubmetr, Gürcüstana 1 mlrd., Rusiyaya 0,5-1 mlrd., İrana 0,5 mlrd. kubmetr qaz nəql olunacaq”,-deyə R.Abdullayev bildirib.
O qeyd edib ki, Türkiyə istisna olmaqla (Türkiyəyə qaz xarici tərəfdaşlarla birgə işlənən “Şahdəniz” yatağından daxil olur-İF) qalan ölkələrə nəql SOCAR-ın hasil etdiyi qazın hesabına həyata keçiriləcək.
R.Abdullayevin sözlərinə görə, şirkət böyük qaz proqramını həyata keçirir və bu, təbii qaz hasilatının artırılmasına xidmət edir.
“2011-ci ildə bizdə daha 1-1,5 mlrd. kubmetr sərbəst qaz olacaq və biz bunu ixrac etməyi planlaşdırırıq”,-deyə R.Abdullayev vurğulayıb.
Şirkət rəhbəri deyib ki, “Nabucco” qaz kəməru inşa edilərsə, Azərbaycan bu kəmərlə də qaz nəql etməyə hazırdır.
O əlavə edib ki, hazırda Qazıməmməd-Mozdok qaz kəmərinin partlaması ilə əlaqədar Azərbaycan Dərbənd regionunu qazla təmin edir. “Bizimlə müqavilənin imzalanması fors-major vəziyyətdə bu regionunun müəyyən qədər qazla təmin olunmasında Rusiyaya kömək edib”,-deyə R.Abdullayev bildirib.
Türkiyəyə nəql edilən qazın qiymətinin müəyyən olunması barədə danışıqlara gəlincə, R.Abdullayev qeyd edib ki, danışıqlar davam etdirilir və müəyyən irəliləyiş var.
Xəbər verildiyi kimi SOCAR və Türkiyənin BOTAS şirkəti arasında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının ixracı, həm də “Mərhələ-1” çərçivəsində Türkiyəyə satılan qazın qiymətində dəyişiklik məsələlərinə dair danışıqlar aparılır.
“Mərhələ-1” çərçivəsində Türkiyə üçün yeni qiymət hələlik müəyyən olunmayıb. Lakin 2008-ci il aprelin 15-dən nəql edilən yanacağın qiyməti yeni formul üzrə hesablanmalıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət