Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2012-ci ilin iyununda AzerSat ilk milli peykini kosmosa buraxmağı planlaşdırır. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bazar ertəsi Azərbaycan prezidentinin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ildə respublikanın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında bildirib.
Ə.Abbasovun çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.
" Bu işdə təxminən 3 aylıq gecikmə var, bu da ki, məsləhətçi şirkətlər, ekspert qrupu və Maliyyə Nazirliyinin tövsiyə və tələblərinin nəzərə alınması ilə bağlıdır", - deyə Ə.Abbasov bildirib.
Onun sözlərinə görə, hesabat ilində ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün uyğun tenderlər keçirilmiş və məsləhətçi şirkətlərin köməyi ilə yanvarın axırına orbital mövqe kontraktı, fevralda isə istehsalçı şirkətlə baş kontraktın imzalanması planlaşdırılmışdır.Ə.Abbasov əlavə edib ki, yuxarıda gföstərilən səbəblərə görə, peykin orbitə buraxılması 2012-ci ilin iyununa planlaşdırılıb.
Nazir qeyd edib ki, Azərbaycan 2012-ci ildə rəqəmsal televiziyay keçməyi planlaşdırır.
"Televiziya və radio yayımları sahəsində ötən ilin əsas nəticəsi kimi Bakı, Sumqayıt və Abşeronda rəqəmli efir televiziya test yayımı işə salınmışdır. Ölkələrin hökumətləri məlumatlandırılmışdır ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarı ilə 2015-ci ilə qədər bütün dünyada televiziya və radio verilişləri rəqəmli yayıma keçirilir və həmin vaxtdan etibarən analoq radio və televizorların istehsalı bütün dünyada dayandırılacaqdır. İnvestisiya üçün təqdim etdiyimiz layihəyə və Nazirlər Kabinetinə təqdim edilən tədbirlər planına əsasən Azərbaycanda rəqəmli televiziya yayımına keçid 3 il tez, 2012-ci ildə başa çatmalıdır", - deyə nazir qeyd edib.
Bundan əvvəl RİTN başçısı bildirib ki, Azersat peykinin kosmosa buraxılmasının ümumi dəyəri 163 mln. manat həcmində qiymətləndirilir. Peykin öz dəyəri 86-87 mln. manat, peykin idarə edilməsinin əsas və ehtiyat sistemləri üzrə xərclər 16 mln. manat, peykin orbitə çıxarılması üçün raketin hazırlanması və buraxılması 40 mln. manat, 100%-lik sığorta 18 mln. manat təşkil edəcək. Xərclər 5-7 il ərzində çıxarılmalıdır. Peyk istismar olunduğu növbəti 15 ildə xalis mənfəət gətirməlidir.
Ehtimal olunur ki, AzerSat rabitə peykinin yaradılması və buraxılması layihəsi güzəştli şərtlərlə verilən kredit vəsaitlərinin hesabına qismən maliyyələşdiriləcək. Kreditin qaytarılma müddəti 5-7 ildir.
Xəbər verildiyi kimi, Azərbaycan 2007-ci il martın 20-də “AzerSat” milli rabitə peykinin buraxılması haqqında ilk təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edib.
Nazirliyin mütəxəssislərinin fikrincə, milli peyk keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etmək, kanalların sayını artırmaq imkanı verəcək. Əgər “AzerSat” Avropa ərazisini əhatə etsə, Azərbaycan kanalların Avropa və Asiyaya yayımında tranzit ölkə kimi çıxış edə bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət