Vergilər Nazirliyi 2009-cu ildə “bir pəncərə” prinsipi üzrə 4,801 min hüquqi şəxsi qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“2009-cu ilin yanvarında 498 hüquqi şəxs, fevral- 560, mart 311, aprel 531, may 388, iyun 380, iyul 417, avqust 352, sentyabr 357, oktyabr 341, noyabr 308, dekabr 358 hüquqi şəxs qeydiyyata alınıb”,-deyə Vergilər Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, dekabrda hər gün orta hesabla 18-ə yaxın şirkət qeydiyyata alınıb. Halbuki, yanvarda bu göstərici 26, fevral - 28, mart – 22, aprel - 24, may – 20-dən çox, iyun – 19, iyul – 18, avqust – 20-yə yaxın, sentyabr – 18-ə yaxın, oktyabr – 16-dan çox, noyabr – 16-dan çox hüquqi şəxs qeydə alınıb..
Mənbə əlavə edib ki, dekabrda Vergilər Nazirliyi bir sıra özəl və xarici şirkətlərin, xarici şirkətlərin nümayəndəliklərinin qeydiyyatını keçirib.
Əsasən hesabat ayında Avstriyanın Softprom Distribution GMBH şirkəti tərəfindən yaradılan Softprom.Az MMC (nizamnamə kapitalı $10 min.), Almaniyanın Lehmann Annette Ilona şirkəti tərəfindən yaradılan MTB İncorporate (nizamnamə kapitalı 10 min manat), İran vətəndaşı tərəfindən təsis edilən Access Trans MMC (nizamnamə kapitalı 50 min manat) şirkətləri qeydiyyatdan keçib.
Bundan əlavə dekabrda “Regionların inkişafına dəstək” ictimai təşkilatının təsis etdiyi “Regionlar üçün investisiyalar” qeyri-bank kredit təşkilatı (nizamnamə kapitalı 1 min manat), “Tomus-Ukrayna vençur şirkəti” Ukrayna şirkətinin filialı, Azərbaycanın “İnter-Alyans” MMC (nizamnamə kapitalı 1 min manat) qeydiyyata alınıb.
Eləcə də İsveçrənin Oleara Pharma şirkətinin təsis etdiyi Oleara Pharma MMC (nizamnamə kapitalı 4 min manat), “İnvestlizinq” MMC (nizamnamə kapitalı 150 manat) qeydə alınıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir. 2008-ci ildə Vergilər Nazirliyi "bir pəncərə" prinsipi üzrə 44,272 min sahibkarlıq subyektini, o cümlədən 6 471 hüquqi şəxsi qeydiyyata alıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət