Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 63 milli standart qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin 2009-cu il hesabatında qeyd olunur ki, ötən il komitə tərəfindən 63 milli standart, o cümlədən yeyinti sənayesində 19, neft-kimya sahəsində 8, nəqliyyat sahəsində 3 standart ekspertizadan keçirilərək qeydiyyata alınıb.
Bununla yanaşı, 69 texniki müqavilə qeydiyyata alınıb, bunun 33-ü yeyinti sənayesi, 28-i maşınqayırma, 8-i kimya sahəsi ilə bağlıdır, həmçinin dəyişikliklər haqqında 125 bildiriş qeydiyyata alınıb.
Hesabata görə, yerli sənayenin rəqabət imkanlarının beynəlxalq standartların tətbiqi vasitəsilə gücləndirilməsi, iqtisadiyyatın prioritet sektorlarının inkişafına dəstək, standartlaşdırma sahəsində uzunmüddətli proqramların hazırlanması və icrasının təmin etdirilməsi məqsədilə Komitənin nəzdində Texniki Şura yaradılb.
EN-590-2004 və EN-228-2004 regional standartları əsasında “Etilsiz benzin” mövzuları üzrə standartların ilk redaksiya layihəsinin hazırlanması üzərində iş gedir və “K 29 markalı kompressor yağı” standartlarının layihəsi hazırlanıb.
"Həmçinin “İstehsalatın texnoloji hazırlığı. Əsas anlayışlar, termin və təriflər”, “Metalların elektrokimyəvi emalı. Termin və təriflər” mövzularında tədqiqatlar başa çatıb və bu standartların ilk redaksiya layihələri “Azərneftkimyamaş” ASC-yə ekspertizaya göndərilib", - deyə hesabatda vurğulanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət